Abxaziya | |||||
---|---|---|---|---|---|
| |||||
Аиааира | |||||
Himn: Aiaaira "Zəfər" |
|||||
Tarixi | |||||
• Abxaziya SSR | 31 mart 1921 | ||||
• Abxaziya MSSR | 19 fevral 1931 | ||||
• Suverenlik bəyannaməsi | 25 avqust 1990 | ||||
• Müstəqillik bəyannaməsi | 23 iyul 1992 | ||||
• Dövlət müstəqilliyi aktı | 12 oktyabr 1999 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt |
Suxumi 43°00′ şm. e. 40°59′ ş. u.HGYO |
||||
İdarəetmə forması | Unitar prezidentli respublika | ||||
Prezident | Aslan Bjaniya | ||||
Baş nazir | Aleksandr Ankvab | ||||
Sahəsi | |||||
• Ümumi | 8.664,59[1] km² | ||||
Əhalisi | |||||
• Əhali | 244.236[2] nəfər (180-ci) | ||||
• Siyahıyaalma (2011) | 240.705 nəf. | ||||
• Sıxlıq | 28,2 nəf./km² (160-cı) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2020) | 439,6 milyon dollar | ||||
• Adambaşına | 1.795 dollar | ||||
Demonim | abxaz, abxaziyalı | ||||
Valyuta | Rusiya rublu[3] | ||||
Telefon kodu | +7840[4], +7940[4], +99544[5][4] | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Abxaziya[n 1][6], rəsmi adı ilə Abxaziya Respublikası[n 2] — Cənubi Qafqazda, Qara dənizin şərq sahilində, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində qismən tanınan dövlət. 8.665 kvadrat kilometr (3.346 kvadrat mil) ərazini əhatə edir və təxminən 245.000 əhalisi var. Paytaxtı və ən böyük şəhəri Suxumidir.
Abxaziyanın siyasi statusu Abxaz-Gürcüstan münaqişəsinin və Gürcüstan-Rusiya münasibətlərinin mərkəzi məsələsidir. Abxaziya Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tərəfindən müstəqil dövlət kimi tanınsa da, Gürcüstan hökuməti və demək olar ki, bütün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər Abxaziyanı Gürcüstanın suveren ərazisi hesab edirlər.[7][8][9][10] Abxaziya ərazisi üzərində effektiv nəzarəti olmayan Gürcüstan mühacirətdə olan Abxaziya hökumətini saxlayır.
1980-ci illərin sonlarında SSRİ dağılmağa başlayanda bölgə Gürcüstan SSR-in tərkibində muxtariyyətə malik idi. Bölgənin titullu etnik mənsubiyyəti olan abxazlarla o dövrün ən böyük tək etnik qrup olan gürcülər arasında qaynayan etnik gərginlik 1992-1993-cü illərdə Gürcüstanın Abxaziyanın əksər hissəsi üzərində nəzarəti itirməsi və Abxaziyadan gürcülərin etnik təmizlənməsi ilə nəticələnən Abxaziya müharibəsi ilə yekunlaşdı.
1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına və illərdir davam edən danışıqlara baxmayaraq, mübahisə hələ də həll olunmamış qalır. BMT-nin Müşahidə Missiyasının və Rusiyanın rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinin sülhməramlı qüvvələrinin uzunmüddətli mövcudluğu bir neçə dəfə zorakılığın alovlanmasının qarşısını ala bilmədi. 2008-ci ilin avqustunda abxaz və rus qüvvələri Gürcüstan qüvvələrinə qarşı müharibə apardılar və bu, Abxaziyanın Rusiya tərəfindən rəsmi tanınmasına, 1994-cü ildə imzalanmış atəşkəs sazişinin ləğvinə və BMT missiyasının dayandırılmasına səbəb oldu. 28 avqust 2008-ci ildə Gürcüstan parlamenti Abxaziyanı Rusiyanın işğalı altında olan ərazi elan etdi və bu mövqe BMT-yə üzv olan dövlətlərin əksəriyyəti tərəfindən paylaşıldı.[11]
Sitat səhvi: " n " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="n"/>
teq tapılmadı