AliExpress (çin.全球速卖通) — Çində yerləşən və Alibaba Group-a məxsus onlayn pərakəndə satış xidməti.[1] 2010-cu ildə istifadəyə verilmiş veb-sayt,[2][3] Çində və Sinqapur kimi ölkələrdə beynəlxalq onlayn alıcılara məhsullar təklif edən kiçik bizneslərdən ibarətdir. AliExpress Rusiyada ən çox ziyarət edilən e-ticarət veb-saytı,[4]Braziliyada isə ən populyar 10-cu vebsaytdır.[5] Veb-sayt kiçik bizneslərin bütün dünyada satış etməsini asanlaşdırır. AliExpress eBay ilə müqayisə edilir, çünki satıcılar müstəqildirlər və alıcılara məhsul təklif etmək üçün platformadan istifadə edirlər.[6][7]