Aperitiv — Aperitif (fransızca apéritif, latınca aperīre “açmaq” sözündən) yeməkdən əvvəl verilən içkidir (əsasən spitli) və iştahı açır, tüpürcəyi artırır və mədə şirəsinin ifrazını stimullaşdıraraq qida qəbulu üçün reseptorları hazırlayır.Bəzən yeməkdən əvvəl verilən, yüngül yeməklərə də aperitiv deyilir. Ən çox tanınan aperitiv içkilərə vermut, cin, şərab və s. daxildir.