Aqapenor | |
---|---|
Cinsi | kişi[d] |
Atası | Ankey (Likurqun oğlu) |
Aqapenor ( q.yun. Ἀγαπήνωρ ) — qədim yunan mifologiyasında personaj. Ankey və İotidanın oğludur.[1] Arkadiya lideri və Tegeya padşahı olmuşdur. Yelena ilə nişanlı idi.[2] Fegeya övladları onu Arsinoyeyə kölə olaraq vermişdilər. Alkmeon övladları onun evində Fegeya övladlarını öldürmüşdülər.[3]
O, Troyaya 60 gəmi[4] (və ya 7)[5] gətirmişdir. "İliada"da yalnız bir dəfə xatırlanır. Axillin şərəfinə tullanma yarışlarında iştirak etmişdir.[6] Troya atında oturmuşdur.[7]