Aqrokimya (yun. agros – tarla) – bitkilərdə və torpaqda baş verən kimyəvi və biokimyəvi proseslərin təsiri üsullarını öyrənən elm. Aqrokimya bitkilərin qidalanmasından başlamış gübrələrin torpağa təsiri, eləcə də bitkilərin kimyəvi üsullarla qorunmasınadək geniş suallar dairəsini öyrənir. Aqrokimyəvi tədqiqatların əksəriyyətinin son məqsədi kənd təsərrüfatlarında məhsuldarlğıın artırılmasıdır.[1]