Aspergillus

Aspergillus
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Aspergillus
Beynəlxalq elmi adı

Aspergillus cinsli göbələklər hiflər kimi adlandırılan hüceyrə zəncirlərindən təşkil olunan sapvari göbələk növləridirlər. Təbiətdə saman və çürüyən bitki qalıqları üzərində yaşayırlar. İlk dəfə 1729-cu ildə Pietro Antonio Micheli tərəfindən aşkarlanıb. Bu göbələklər sintez etdikləri enzimlər sayəsində bütün üzvü maddələri parçalaya və istifadə edə bilirlər.Buna görə də əksər hallarda saprofit tərzdə yaşayırlar. Müəyyən şərtlər olduqda isə onlar parazit hala keçə bilərlər.Çoxalma tezlikləri olduqca yüksəkdir.Atmosferə dağılan konidilər havada uzun müddət asılı halda qala bilərlər.Tədqiqatlar zamanı müəyyən edilmişdir ki,insanlar hava ilə ən azı bir neçə yüz konidi qəbul edir.İmmun sitemi tam olan insanlarda tənəffüslə qəbul edilən konidilər təbii immunoloji reaksiyalar ilə zərərsizləşdirilir. Aspergillus cinli göbələklər tərəfindən törədilən allergik xəstəliklər Aspergillusların mitseliləri də daxil olmaqla onların konidiləri ilə tez-tez rastlanma zamanı baş verir və xəstənin həmin yerdən uzaqlaşdırılması ilə klinik sağalma müşahidə edilir. Aspergillus flavus və ona bənzər göbələklərin sintez etdikləri aflatoksinlər taxıl və meyvələrdə aflatoksikoz xəstəliyini törədir. Aspergillus flavusun sintez etdiyi aflatoksin həmçinin qaraciyərdə adenoma və xərçəng xəstəliklərini, Aspergillus ochraceusun sintez etdiyi okratoksin A və B isə heyvanlarda qaraciyərin və böyrəyin pozulması ilə nəticələnən xəstəliklər törədirlər. Aspergillus cinsli göbələklər aerobikdirlər və bol oksigenli istənilən mühitdə onlara rast gəlmək olar. Substratda hiflər kimi böyüyürlər. Aspergilluslar nişasta kimi polisaxaridlərdən də istifadə edirlər.Bu baxımdan onlar çörək və kartof kimi nişastalı qidaların xarab olmasında daha çox rastlanırlar və bununla bərabər onların bir qisminə bitki və ağaclar üzərində də rast gəlinir. Qlükoza,fruktoza,maltoza və nişasta kimi karbon qaynaqları ilə böyümələri ilə yanaşı bir çox Aspergillus cinsli göbələklər qida maddələri çox aşağı olan konsentrasiyalarda belə böyümə qabiliyyətinə malikdirlər. Məs:Aspergillus niger nəmli divarlar üzərində yaşayır.


Aspergillus

Dodaje.pl - Ogłoszenia lokalne