Misir heroqliflərində Axet | |||||||
---|---|---|---|---|---|---|---|
Heroqlif |
daşqın, sel | ||||||
Unikodu | 3ḫt | ||||||
Mənası | Daşqınlar mövsümü | ||||||
və ya |
| ||||||
Axet — Qədim Misir təqvimində bir mövsüm, sel vaxtı və ya daşqınlar mövsümü anlamını verir. Yuxarı Misir üçün bu müddət iyun ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Axet mövsümünə Vepet-renpet (iyunun əvvəli -iyul əvvəli), Texi (iyul əvvəli — avqustun əvvəli), Menxet (avqustun əvvəli — sentyabrın əvvəli) və Hut-heru (sentyabrın əvvəli — oktyabrın əvvəli) ayları daxildir. Dövr Yeni padşahlıq dövründən başlayaraq avqustun 31-dən dekabrın 28-nə qədər sürürdü.