BRICS

BRICS ölkələri
BRIC ölkələri başçıları 2008-də (CAR-sız)

BRICS — sürətlə inkişaf edən aşağıdakı beş ölkənin hökumətlərarası danışıq forumu (meydançası) kimi yaratdıqları təsisatdır: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa, BRICS). Bu təsisat hələ ki, "beynəlxalq təşkilat" statusu almayıb.

2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunub. Sonra BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, Hindistanın Maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı.

Goldman Sachs-ın fikrincə, 2050-ci ilə ümumi ölçü üzrə qrupun ölkələrinin iqtisadiyyatları dünyanın ən zəngin ölkələrinin iqtisadiyyatlarının ümumi ölçüsünü ötəcək.

BRICS üzvləri ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər. Əlverişli vəziyyət bu ölkələrə onlarda mövcudluğu resursların dünya iqtisadiyyatı üçün böyük miqdarda əhəmiyyətli təmin edir:

  • Braziliya — kənd təsərrüfatı məhsuluyla zəngindir;
  • Rusiya — dünyada ən böyük mineral resursların eksportçusudur;
  • Hindistan — ucuz intellektual resurslar;
  • Çin — ucuz əmək resurslarının sahibidir;
  • Cənubi Afrika Respublikası — təbii resurslar.

2012-ci ildə BRİCS tərəfindən 100 milyardlıq Nizamnamə kapitalı ilə Yeni İnkişaf Bankı təsis edilmişdir.

2017-ci ildə Çin dövlətinin dəvəti ilə BRİCS iclaslarına bu təsisatın üzvü olmayan aşağıdakı ölkələrin nümayəndələri qatılıblar: İndoneziya, Malayziya, Filippin, Kamboca, Misir, Nigeriya, Efiopiya, Keniya, Argentina, Çili, Meksika.

2022-ci ildə Argentina və İran təsisata üzv olmaq üçün müraciət edib, sonra Argentina öz müraciıətini geri götürüb.

14.06.2023-cü ildə Misir, 29.06.2023-cü ildə isə Efiopiya bu təsisata üzv olmaq üçün müraciət edib.

14.08.2023-cü ildə isə CAR elan edib ki, Birləşmiş Ərəb Əmrlikləri də təsisata üzv olmaq üşün müraciət edib.

Nəticədə 01.01.2024-cü il tarixində aşağıdakı ölkələr BRİCS üzvlüyünə qəbul ediliblər: Misir, Efiopiya, İran, BƏƏ.

2024-cü il ərzində aşağıdakı dövlətlər bu təsisata üzv olmaq üçün müraciət ediblər:


BRICS

Dodaje.pl - Ogłoszenia lokalne