Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Ballata

Ballata

Ballata (it. ballata, ballere sözündən əmələ gəlir, tərcümədə "rəqs etmək" deməkdi) — XIII–XV əsrlərdə yaranan İtaliyada poeziya və musiqi forması,Ars Nova dövrünə aid olan lirik məzmunlu səciyyəvi janrlarından biri.

XIII əsrdə və XIV əsrin birinci yarısında təksəsli, amma XIV əsrin ikinci yarısında isə (italyan Ars Nova dövründə) çoxsəsli rəqsli mahnıya çönür. Ən mühüm ballata musiqi nümunələrini italiyalı bəstəkar Françesko Landini yaradıb. Digər müəlliflər isə Landininin davamçıları sayılır:Nikkolo Perudjiyskiy, Bartolino Paduanskiy, Andrea Florentinskiy.

Poeziya forması:ripresa (nəqərat)+stanza (oxumağın başlığı)+ripresanın təkrarı. Stanza isə öz növbəsində iki piedaya (duru) və volta (dönüş) bölünür. Ripresanın və voltun qurum uzunluğu eynidi, piedin qurumu isə ayrıdı. Ripresada və voltda şeir sayı birdən dördə qədər ola bilər (çox vaxt 3 dənə olur), piedalarda yalnız 2 dənə ola bilər. Bir sətirli ripresiya müasir mənbələrdə ballata minima adlanır, iki sətirli-ballata minore, üç sətirli-ballata mezzana, dörd sətirli isə ballata grande. Həm də bir neçə stanzalı ballatalarda olur, onların çox vaxt sxemi bundan ibarətdir:ripresa+birinci stanza+ripresa+ikinci stanza+ripresa.

Musiqi forması:iki hissədən ibarətdir, və bir qayda kimi olaraq, ikinci hissədə musiqi sonluğlar birləşir (birləşməssiz çox az vaxt olur), və açığ və bağlı kandensiyalar itifadə olunur bu formada.

Məsələn,3 səsli Non avrà ma' pietà adlı olan ballatanın musiqili və mətinli forması belədi:

ripresa birinci pieda ikinci pieda volt ripresa (təkrarən)
mətn a11b7b11
c11d11
c11d11
a11b7b11
a11b7b11
musiqi
A
B1
B2
A
A

Cədvəllə aid qeydlər:Kiçik latın həriflər qafiyəni göstərir, onların yanında olan eynən rəqəmlər isə şeirdə heca miqdarını göstərir. Latın baş hərfləri isə musiqi bölmələrini qeyd edir. B1 və B2 başında olan sətirüstü rəqəmlər musqi "polustorofların" ayrı sonluğuna işarə edir.

Əgər ballatada bir neçe "metastrof" (stanza+ripresa), o zaman bütün musiqinin və mətnin qurumunun bütün ardıcılığı (uzunluğu və qafiyələnməsi) növbəti "metastroflarda" təkrarlarnır.

XV əsrdə ballata musiqidə istifadədən çıxır, amma hələ də şairanəlikdə geniş yayılır. Uzun müddətdən sonra yaddan çıxan bədii ballata, yalnız XIX əsirdə D`Annuntsio və Cozue Karduççi əsərlərində canlanır.


Previous Page Next Page






بالاتا Arabic Ballata Catalan Balata (literatura) Czech Ballata English Ballata Spanish Ballata ET Ballata French Ballata (poesia) Italian バッラータ Japanese Ballata Dutch

Responsive image

Responsive image