Begemot | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Begemot |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Adi begemot, yaxud hippopotam (lat. Hippopotamus amphibius), həmçinin su atı[3] — iri, otyeyən məməli heyvandır, bədəninin uzunluğu 4–5 metrədək, çiyninin hündürlüyü 1,5 metrə yaxın, çəkisi 3–4,5 ton olur. Dərisi qalın və tüksüz, başı iri, burnu enli, gözləri və qulaqları xırda, ayaqları yoğun və qısadır. Barmaqlarının arasında üzmə pərdəsi var. Çay və göllərdə yaşayır, sahilə az çıxır. Ot ilə qidalanır. Boğazlıq müddəti 240 gündür. 1 bala doğur.