Bess

Bess
q.yun. Βήσσος
lat. Bessus
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. IV əsr
Vəfat tarixi e.ə. 329
Vəfat yeri
Vəfat səbəbi başın kəsilməsi
Fəaliyyəti siyasətçi
Ailəsi Əhəmənilər sülaləsi
Dini Zərdüştçülük
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bess (q.fars *Bayaçā, taxt adı - Artakserks) — Əhəmənilər İmperiyasının son çarı, eramızdan əvvəl 330-329-cu illərdə hökmranlıq etmişdi.

Bess Əhəməni kral ailəsinə mənsub olmuşdur. III Dara Bessi Baktriya İmperiyasının ən zəngin əyalətlərindən birinə satrap təyin etdi. E.ə. 333-cü ildə İss döyüşündəki məğlubiyyətdən sonra III Dara Makedoniyalı İskəndərin işğalını dəf etmək üçün Bessdən kömək istəməyə məcbur oldu. E.ə. 331-ci ildə Qaqamela döyüşündə o, baktriyalılardan, soqdlulardan və hindlilərdən ibarət dəstələrə başçılıq edirdi. Sarsıdıcı məğlubiyyətdən sonra Bess, bir sıra fars hərbi rəhbərlərinin fikrincə, Makedoniyalı İskəndərin qoşunlarına müqavimət göstərə bilməyən III Dara qarşı sui-qəsd təşkil etdi.

III Daranın devrilməsindən sonra Bess Əhəmənilər imperiyasının yeni padşahı oldu və Artakserks adını aldı. Lakin o, həm də makedoniyalılara qarşı lazımi müdafiə təşkil edə bilmədi. O, taxt-taca çıxdıqdan az sonra yaxın hərbi rəhbərlərinin və tabe xalqlarının etibarını itirdi. Yeni bir sui-qəsd nəticəsində Bess əsir götürüldü və İsgəndərə təhvil verildi, o, III Daranın qatilinin ağrılı şəkildə öldürülməsini əmr etdi. Makedoniyalı İskəndər özünü III Daranın varisi kimi təqdim etdi və Bessin edam edilməsi ilə onun qətlinin qisasını almış kimi oldu.

Daranın öldürülməsi və Bessin edam edilməsi FirdovsininŞahnamə” adlı dastanında da öz əksini tapmışdır.


Bess

Dodaje.pl - Ogłoszenia lokalne