Bitlcus | |
---|---|
Beetlejuice | |
| |
Janr | Qara komediya |
Əsas mövzu | Paranormal hadisələrlə dolu ev |
Rejissor | Tim Börton |
Prodüser | Devid Qiffen |
Ssenari müəllifləri |
Uorren Skaaren Tim Börton |
Baş rollarda |
Alek Bolduin Cina Devis Maykl Kiton Cefri Cons Ketrin O'Hara Vaynona Rayder Silviya Sidni Robert Qule Qlen Şediks Dik Kevett Enni Makinroy |
Operator | Tomas Ekermen |
Bəstəkar | Denni Elfman |
Rəssam | Bo Uelş |
İstehsalçılar |
The Geffen Company Warner Bros. |
Distribütor | Warner Bros., Netflix, FandangoNow[d] |
İlk baxış tarixi | 29 mart 1988 |
Filmin növü | Komediyalı qorxulu film |
Müddət | 92 dəqiqə |
Büdcə | $15 milyon[1] |
Gəlir | $73,707,461 milyon |
Ölkə | ABŞ |
Dil | ingiliscə |
İl | 1988 |
Rəng | rəngli |
IMDb | ID0094721 |
Vikianbarda əlaqəli mediafayllar |
Bitlcus (ing. Beetlejuice) — amerikalı rejissor Tim Börton tərəfindən komediyalı qorxulu film janrında çəkilən ABŞ filmidir. Maykl Makdauel filmin ssenarisini öz hekayəsinin mötivləri əsasında yazmışdır. Filmdə əsas rollarda Alek Bolduin, Cina Devis, Maykl Kiton, Vaynona Rayder, Ceffri Cons və Ketrin O'Hara çəkilmişlər. "Bitlcus" Tim Börtonun ən yaxşı filmi olmasa da, onun kinosunun xarakteristika təməl xüsusiyyətlərini saxlayan bir prototip film olaraq xatırlanmaqdadır. Filmin adı qırmızı nəhəng ulduz olan Ovçu və ya Orion ulduzu kimi tanınan "Bitlcus"dan götürülmüşdü.[2]
Filmin hekayəsində bir dünya ilə digər dünyanın münasibəti göstərilir. Bir yol qəzası keçirən gənc evli cütlüyün evlərinə döndüklərində əslində ölmüş olduqlarını və "digər dünyaya" qəbul edilənə qədər öz evlərində bir qarabasma olaraq qalmaları lazım olduğunu anlamaları uzun sürməz. Amma evlərini əmlakçıdan satın alan modabaz şəhərli ailə evə yerləşincə dinclikləri qaçır və yeni işğalçıları rədd etmək üçün "Bitlcus" adlı dəli bir ingilis lordu bir xortdandan kömək istəmək məcburiyyətində qalırlar. Amma xortanı bu dünyaya çağırarkən yeni problemlərlə qarşılaşırlar. Bu səbbədən onlar Bitlcusu gəldiyi yerə göndərdikdən sonra evlərinə köçmüş yeni ailə ilə barışmalı olurlar.
Bu fantastik komediya filminin xüsusi efektleri çevrildiyi il üçün fövqəladə idi, məhz filmn götürdüyü mükafatlar bu sahədə oldu. "Bitlcus" filminə 1989-cu ildə "Ən Yaxşı Makiyaj"a görə mükafat verildi.[3] Yenə makiyaj və xüsusi efektlərə görə bir neçə dəfə BAFTA mükafatına namizəd göstərildi. Film bəyənilib müvəffəqiyyətli olan zaman 1989-cu ildə eyni adla bir animasiya TV serialı çəkilməyə başlandı. Kanada istehsalı bu serial 30 dəqiqəlik 94 hissə ilə çəkilişini sürdü və 1989-1991-ci illəri arasında 4 mövsüm göstərildi. Film və TV serialının məşhurluğu 1991-ci ildə eyni adlı videooyununun hazırlanmasını təmin etdi.[4]