Bloop — 1997-ci ildə ABŞ Milli Okean və Atmosfer Administrasiyası tərəfindən okean suyunun altında aşkar edilmiş səs (uğultu).
Səs çox böyük olan aysberqlərin birqə yerləşdiyi yerlərdən gəlirdi.
Alimlər okeanın hər tərəfinə yayılan bu qəribə səsi ilk dəfə 1991-ci ildə aşkar etmişdilər. 1944-cü ildə də bu səslər eşidilmişdi. 1944-cü ildə aşkar edilən səslər sonradan yavaş-yavaş azalmağa başlamışdı. Səslər kifayət qədər uzun, dar dalğalı bir xüsusiyyət daşıyır. Səs dalğalarının hər biri təxminən bir neçə saniyə davam edir.