Şəhər | |
Bolton | |
---|---|
Bolton | |
53°35′ şm. e. 2°26′ q. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Region | [[Şimal-qərbi İngiltərə]] |
Mer | Norman Kritçli |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1185 |
Sahəsi | 55.26 km² |
İqlimi | Dəniz iqlimi |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 194 089 nəfər (2011) |
Sıxlığı | 3 514 nəf./km² |
Milli tərkibi | İngilislər |
Rəsmi dili | İngilis dili|İngilis |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +44 1204 |
Poçt indeksi | BL1-BL7 |
Digər | |
bolton.gov.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Bolton (ing. Bolton) — Şimal-qərbi İngiltərənin Böyük Mançester bölgəsində yerləşən şəhər.[1] XIV əsrdə flamandlar tərəfindən məskunlaşdıqdan sonra şəhər parça istehsalı mərkəzinə çevrilmişdir. Bolton XIX əsrdə İngiltərədə ən çox inkişaf edən şəhərlərdən biri olmuşdur. 1929-cu ildə şəhərdə 216 pambıq fabriki fəaliyyət göstərirdi. Lakin, dünya müharibəsi digər bütün sənaye sahələrinə olduğu kimi pambıq sənayesinə də ciddi ziyan vurdu. Birinci Dünya müharibəsi ərzində İngiltərənin bütün şəhərlərində kimi Boltonda da pambıq sənayesi sürətlə tənəzzülə uğramağa başlamışdır.
Mançester şəhərindən 12 km şimal-qərbdə yerləşən Bolton şəhəri tarixi olaraq Lankaşir vilayətinə məxsusdur. İngiltərə vətəndaş müharibəsi dövründə 1644-cü ildə şəhərdə Bolton qətliamı adı ilə tanınan hadisə baş vermiş, nəticədə 1,600 nəfər həlak olmuş, 700 nəfər əsir düşmüşdür.
Bolton Vonderers futbol klubunun ev oyunlarını oynadığı Makron stadionu da bu şəhərdə yerləşir.