Bulquksa | |
---|---|
불국사 | |
| |
35°47′24″ şm. e. 129°19′56″ ş. u.HGYO | |
Ölkə | Cənubi Koreya |
Şəhər | Qyonqcu |
Yerləşir | Könsan-Pukto[d], Köncu[d] |
Rəsmi sayt | bulguksa.or.kr |
Vikianbarda əlaqəli mediafayllar |
Bulquksa, Toham dağının yamaclarında (Cənubi Koreya, Şimali Qyonqsanq əyaləti, Qyonqcu şəhəri, Cinhon-donq) yerləşir. Koreya Buddizmi Cogye Quruluşunun baş məbədidir və ərazisində Dabotap və Sokgatap daş Paqodaları, Çonqun-qyo (Mavi Bulud Körpüsü) və iki qızıl-bürünc Budda heykəli daxil olmaqla Cənubi Koreyanın Milli Sərvətlərindən yeddisi mövcuddur. Məbəd Cənubi Koreya hökuməti tərəfindən 1 nömrəli Tarixi və Səfalı Sahə olaraq təsnif edilmişdir. 1995-ci ildə Bulquksa dörd kilometr şərqdə yerləşən Sokguram Qrotto ilə birlikdə UNESCO-nun Ümumdünya irsi Siyahısına daxil edildi.
Məbəd Şila krallığında Buddist sənətinin qızıl dövrünün şah əsəri hesab olunur. Hal-hazırda Koreya Buddizmi Cogye Quruluşunun 11-ci rayonunun baş məbədidir.
Dünyadakı ən qədim taxta üzərində oymalar arasında olan Dharani sutranın 704-751-ci il tarixli versiyası 1966-cı ildə burada tapılmışdır. Budist mətni 8 sm×630 sm-lik tut kağızından Perqament üzərində basılmışdır.