Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Buru

Buru
ind. Pulau Buru
Ümumi məlumatlar
Sahəsi 9.505 km²
Hündür nöqtəsi 2.736 m
Əhalisi 206,840 nəfər (2012-ci il)
Yerləşməsi
3°08′ c. e. 126°17′ ş. u.HGYO
Ölkə  İndoneziya
Akvatoriya
Buru xəritədə
Buru
Buru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Buru[1] (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir.

Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.

İnzibati cəhətdən ada Moluku vilayətinə daxildir. Vilayət də öz növbəsində iki dairəyə ayrılır – Buru və Cənubi Buru. Buru dairəsi 2008-ci ildə təşkil edilmişdir. Buna baxmayaraq onun inzibati strukturu 2011-ci ildə hələ təşkil edilməmişdir. İnzibati mərkəzləri müvafiq olaraq Namlea (Buru) və Namrole (Cənubi Buru) şəhərləridir. Bu şəhərlər həmçinin adanın ən iri yaşayış məntəqələridir.

Ada bir çox xüsusiyyətləri baxımından zənginlikləri ilə seçilir. Bioloji növlərin çoxu endemik canlılardır. Ərazisinin bir hissəsini qoruqlar və yasaqlıqlar təşkil edir.

1960-cı illərin ortalarından 1970-ci illərin sonlarına qədər siyasi məhbusların saxlanıldığı düşərgə olmuşdur. Əsasən Suxartonun rəqibləri burada saxlanılmışdır. Buru məhbusları arasında, həbsdə ikən əsərlərinin böyük bir hissəsini yazan indoneziyalı yazıçı Pramudya Ananta Tur da vardı.

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 100. ISBN 978-9952-441-10-9.

Previous Page Next Page






جزيرة بورو Arabic جزيره بورو ARZ Буру BE Буру Bulgarian Buru BR Buru Catalan Pulau Buru (pulo sa Provinsi Maluku) CEB Buru Czech Buru CY Buru Danish

Responsive image

Responsive image