Counter-Strike | |
---|---|
Hazırlayanlar | Valve |
Yayımlayanlar | Valve |
Buraxılış tarixləri | 19 iyun 1999[4], 9 noyabr 2000[3], 25 yanvar 2013 |
Lisenziya | havayı proqram təminatı |
Sonuncu versiya | |
Sonuncu beta-versiya | |
Janr | birinci şəxs atıcı |
Dizayner | Valve, İd Software[d], Gearbox Software |
Texniki məlumat | |
Platforma | Linux, Xbox, Microsoft Windows, macOS[5] |
Mühərrik | GoldSrc, GoldSrc |
Oyun rejimi | çoxnəfərli oyun[5] |
İnterfeysin dili | ingilis dili[5], fransız dili[5], alman dili[5], italyan dili[5], ispan dili[5], sadələşdirilmiş Çin dili[d][5], ənənəvi Çin dili[d][5], koreya dili[5] |
Daşıyıcı | optik disk, rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | kompüter klaviaturası, kompüter siçanı, mikrofon |
Vikianbarda əlaqəli mediafayllar |
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source
Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar. Ölməyən oyunçunun əşyaları qalar. Yeni dövrdə pul qazanan komanda/dəstənin daha çox olmaq üzrə, müəyyən bir miqdar artar.
Terrorist və terrorla mübarizə qrupunun fərqli nöqtələrdə başladığı, xəritə proqramları ilə edilən, ümumiyyətlə bu iki qrupun da zidd hədəfləri tapıldığı xəritələrdir. Hissələrdə hədəf ya qarşı komanda/dəstəsi tamamilə öldürmək ya da vəzifə yerinə yetirməkdir. Hər komanda/dəstə öz komanda/dəstə yoldaşlarıyla birlikdə əvvəldən xəritədə təyin olunmuş nöqtələrdə oyuna başlarlar. Hissələr Valvenin rəsmi olaraq nəşr etdiyi, Valve Hammer Redaktor adlı xəritə istehsal proqramı vasitəsilə yaradılar. Başına gətirilən ön əlavələrlə xəritənin növü təyin olunar.