"Crytek" | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Fərdi şirkət |
Sənaye | Oyun sənayəsi |
Məhsulları |
Far Cry Crysis Crysis Warhead Crysis 2 Crysis 3 Ryse Warface |
Təsis tarixi | 1999 |
Baş qərargahın yeri | Bavariya, Almaniya |
Struktur | |
İşçi sayı |
|
www.crytek.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Crytek — 1999-cu ildə üç Türk qardaş olan Cevat, Avni və Faruk Yerli tərəfindən Almaniyada qurulmuş olan bir videooyun şirkətidir. Crytek'in ana mərkəzi Frankfurtda var və Kiyev, Budapeşt, Sofiya, Seul və Nottingham və İstanbul olmaq üzrə 6 fərqli yerdə oyun studiyası var idi. 2016-cı ildə Budapeşt, Sofiya, Seul və Nottingham studiyalarını qapadaraq, geriyə qalan studiyaları ilə, Frankfurt, Kiyev və İstanbul ilə yollarına davam etməyə başladılar.
Ən çox bilinən oyunları olan Far Cry oyununda CryEngine, və daha populyar Crysis oyununda CryEngine 2-dən istifadə edilmişdir. Crysis 2 oyunu və CryEngine 3 mühərriki isə 2008-ci ildə inkişaf etdirilməyə başlanmışdır və 2011-in mart ayında satışa təqdim edilmişdir.
Crytek Electronic Arts, Ubisoft, NVIDIA, Intel, AMD şirkətləri və Wwise, FMOD, Scaleform və Xoreax Software kimi proqramları hazırlayan şirkətlər ilə əməkdaşlıq edir.