Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Davud | |
---|---|
ivr. דָּוִד | |
Rütbə | Peyğəmbər |
Doğum tarixi | E.ə. 1040 |
Doğum yeri | |
Vəfat tarixi | E.ə. 970 |
Vəfat yeri | |
Xatirə günü | 29 dekabr |
Vikianbarda əlaqəli mediafayllar |
Davud (David; e.ə. 1039[2], Beytləhm, Cənubi İsrail çarlığı[d][1] – e.ə. 969[3], Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə. təqr. 973 il). Yəhudi folklorunda Davud nəhəng pəhləvan Caluta qalib gələn cəsur gənc kimi təsvir olunur. Bibliyada Davuda aid Zəbur kitabı var. İslamda Davud Məhəmməddən əvvəlki peyğəmbərlərdən hesab olunur.