Dermatoqlifika

İnsan barmağındakı dermatoqlifik naxış

Dermatoqlifika (q.yun. δέρμα «dəri», δέρματος + γλύφω «kəsirəm, həkk edirəm») – insan orqanizmini baxışdan keçirmək üçün, insanın ovuc içi və pəncələrinin dərisinin naxışlarının əlamətini öyrənən psevdo-elmi üsuldur[1]. Dermatoqlifik əlamətlər bəzi xromosom[2] və çoxfaktorlu xəstəliklərin[3][4][5], zehni geriləmənin[6] markerləri ola bilər, həm də etnodiaqnostik əlamətləri ola bilər[7], bundan əlavə olaraq şəxsiyyətin identifikasiyasında istifadə olunur. Lakin 2009-cu ilin hesabatında göstərildiyi kimi, “elmi” əsas elmi metoddan çıxarılan nəticələrə deyil, subyektiv müqayisəyə əsaslanır. Rusiyada 2016-cı ildə dərc edilən Yalan elmlərlə Mübarizə Komissiyasının 1 nömrəli memorandumu dermatoqlifikaya həsr olunub. Tədqiqatçıların fikrincə, dermatoqlifika xiromantiyaya xas olan bir sıra xüsusiyyətlərə malikdir, eyni zamanda bir sıra başqa psevdo-elmi anlayışlara, məsələn, sosionika, astrologiya və s.

Elektron tibdə dermatoqlifik tədqiqatların nəticələrinin tətbiqi əhəmiyyət kəsb edir. Dermatoqlifika termini H.Kummins və C.Midlonun adı ilə bağlı olsa da, elmi istiqamət kimi Qaltonun klassik “Fingerprints” kitabının nəşri ilə tanındı. Qaltonun əsas tədqiqat obyekti şəxsi identifikasiya sisteminin inkişaf etdirilməsi olmasına baxmayaraq, o, barmaq izi ilə təsvir olunan bioloji variasiyanı, uzunmüddətli tədqiqatlar zamanı barmaq izlərinin dəyişməz xarakteristikalarını, varisliyi məsələlərini araşdırmışdır. O, öz elmi araşdırmalarının nəticəsi olaraq qeyd edir ki, əldə, xüsusən də ovuc hissədə olan xətlərin insanın xromosom dəstinin müəyyən edilməsində, müəyyən gen xəstəliklərinin hələ simptomları özünü büruzə vermədən tanınmasında rolu böyükdür[3].

Daun, Klayntfelter, Patau, Terner kimi xromosom patologiyalarında məhz ovuc səthində olan xətlərin itməsi və yerdəyişməsi baş verir. Dermatoqlifik tədqiqatlara marağın XX əsrin əvvəlində yaranmasına baxmayaraq, XX əsrin ikinci yarısında biologiya, tibb və bioloji antropologiya sahəsində çalışan alimlərin də marağını cəlb etdi [4].

Kumminsin tədqiqatlarını tibbi dermatoqlifikanın başlanğıcı hesab etmək olar. Müasir zamanda dermatoqlifikanın uğurlu tətbiqi sahələrinə klassik nümunə kimi Daun xəstəliyinin yaranması və inkişafı mexanizminin öyrənilməsini göstərmək olar. Burada dəri naxışlarının xüsusiyyətləri əlavə diaqnostik meyar kimi istifadə oluna bilər. Əlbəttə, xromosom tədqiqatları olmadan son diaqnozu qoymaq qeyri-mümkündür[5].

Xəstəliklər insanın müxtəlif barmaq izlərinin yaranmasına səbəb olur. Bu fakt minlərlə tədqiqatçı tərəfindən təsdiq edilmişdir. Körpələr və uşaqların üzərində aparılan araşdırma zamanı onların davranışları və dermatoqlifik nümunələri arasında korrelyasiyanın olduğu da müşahidə olunmuşdur[6].

  1. "Тесты по отпечаткам пальцев официально признаны шарлатанством". Российская газета (rus). 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-03.
  2. Blanka Schaumann, Milton Alter. Dermatoglyphics in Medical Disorders. New York Heidelberg Berlin: SPRINGER-VERLAG. 1976. ISBN 978-3-642-51622-1.
  3. Noboru Kanematsu, Yukiko Yoshida, Nobuaki Kishi, Koji Kawata, Masayuki Kaku. Study on abnormalities in the appearance of finger and palm prints in children with cleft lip, alveolus, and palate // Journal of Maxillofacial Surgery . 14 (ingilis). 74–82. doi:10.1016/s0301-0503(86)80265-x.
  4. E. Bramon, P. C. Sham. The common genetic liability between schizophrenia and bipolar disorder: a review // Current Psychiatry Reports . 3 (4). 2001-08-01. 332–337. ISSN 1523-3812.
  5. Trends in dermatoglyphic research. Springer. 2013-01-01. ISBN 9789400921375.
  6. A. Rosa, B. Gutiérrez, A. Guerra, B. Arias, L. Fañanás. Dermatoglyphics and abnormal palmar flexion creases as markers of early prenatal stress in children with idiopathic intellectual disability // Journal of intellectual disability research: JIDR . 45 (Pt 5). 2001-10-01. 416–423. ISSN 0964-2633.
  7. Хить Г.Л. ДЕРМАТОГЛИФИКА НАРОДОВ СССР. Издательство "Наука". В.П. Алексеев. 1983. 1–280.

Dermatoqlifika

Dodaje.pl - Ogłoszenia lokalne