Dilos | |
---|---|
Δήλος | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Uzunluğu |
|
Eni | 0,25 km |
Hündür nöqtəsi | 112 m |
Əhalisi |
|
Yerləşməsi | |
37°23′28″ şm. e. 25°16′16″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dilos[1] və ya Delos[2][3] (q.yun. Δῆλος)[4] — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır.[5]
Adanın ən hündür nöqtəsi Kint[a] zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir.[8][9] Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir.[6] Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.[10]
Adadakı tək çay İnopdur. Çay yağış zamanı daşır.[11]
Adada e.ə. III minillikdən xristianlığın yayıldığı dövrə qədər qədim Egey dənizi mədəniyyətlərinə aid çoxlu abidə var.
<ref>
teqi; stat
adlı istinad üçün mətn göstərilməyib
Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/>
teq tapılmadı