Diokletian

Qay Avreli Valeri Diokletian
lat. Gaius Aurelius Valerius Diocletianus Augustus
Roma imperatoru
Şəxsi məlumatlar
Doğum adı Gaius Valerius Diocles
Doğum tarixi ən tezi 22 dekabr 242ən geci 22 dekabr 245
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi, monarx
Həyat yoldaşı
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qay Avreli Valeri Diokletian (ən tezi 22 dekabr 242ən geci 22 dekabr 2453 dekabr 316, Salona[d], Dalmatsiya, Roma imperiyası) — Roma imperatoru (284-305), dəfələrlə konsul.

Atası azad edilmiş qul idi. Diokletianın hakimiyyəti zamanından dominat dövrü başlandı. Diokletian imperiyanın təsərüfat, siyasi və hərbi qüdrətini möhkəmlətmək üçün islahatlar keçirmişdi. Xalq üsyanlarını və əyalətlərdə separat hərəkatları yatırmışdı. İrana qarşı yürüşlər nəticəsində Ermənistan və İberiyada mövqeyini möhkəmləndirmiş, Mesopotamiyanın bir hissəsini tutmuşdu. 24 fevral 303-cü ildə Roma imperatoru Diokletian xristianlığı qadağan edən fərman verib.[1] 303-304 illərdə xristianları amansızcasına təqib etmişdir. 286 ildə Maksimianı özünə ortaq hakim təyin etmiş, 305 ildə onunla birgə hakimiyyətdən könüllü əl çəkmişdi. Diokletian "korlanmış" pulları düzçəkili sikkələrlə əvəz etdirdi, möhtəkirliklə mübarizə apardı, mallara maksimum qiymət qoydu. Diokletian bütün qüvvəsini baqaudların və s. üsyanlarının yatırılmasına yönəltdi, imperiyadan ayrılmış əyalətlər geriyə qaytarıldı. Roma imperiyasında Tetrarxiya(Dörd imperator hakimiyyəti) üsuli idarəsinin əsasını qoymuşdur. Bu imperiyada yeni idarəçilik üsulu idi. İmperiya de facto olaraq ikiyə ayrılmış və hər hissənin başına bir Avqust(tituldur) və bir Sezar(tituldur) gətirilmişdir. Məqsəd Avqustlardan sonra köməkçisi Sezarın hakimiyyətə keçib Avqust titulu alması və özünə köməkçi Sezar seçməsi ilə səciyyələnən bir sistem idi. Onun ölümündən sonra sistem iflas etmişdir.

  1. "Bu günün tarixi". 2011-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-15.

Diokletian

Dodaje.pl - Ogłoszenia lokalne