Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Disaxarid

Saxaroza bir qlükoza və bir fruktoza molekulunun kondensləşməsi nəticəsində əmələ gələn disaxariddir

Disaxarid (ikiqat şəkər və ya bioza[1]) iki monosaxaridin qlikozid rabitə ilə birləşməsindən əmələ gələn şəkər.[2] Monosaxaridlər kimi disaxaridlər də suda həll olan sadə şəkərlərdir. Geniş yayılmış disaxaridlərə misal kimi saxaroza, laktozamaltozanı göstərmək olar. Disaxaridlər karbohidratların dörd kimyəvi qrupundan (monosaxaridlər, disaxaridlər, oliqosaxaridlər və polisaxaridlər) biridir. Disaxaridlərin ən geniş yayılmış növlərinin — saxaroza, laktoza və maltozanın ümumi kimyəvi formulu C12 H22 O11 olub, 12 karbon atomuna malikdir. Bu disaxaridlər arasındakı fərq molekul daxilindəki atomların düzülüşü ilə əlaqədardır.[3]

Monosaxaridlərin disaxaridə birləşməsi kondensləşmə reaksiyası ilə baş verir ki, bu da su molekulunun yalnız funksional qruplardan kənarlaşdırılmasını nəzərdə tutur. Disaxaridin iki monosaxaridə parçalanması disaxaridaza adlı bir növ fermentin köməyi ilə, hidroliz yolu ilə həyata keçirilir. Daha iri şəkərin qurulması zamanı bir su molekulu kənarlaşdığından, onun parçalanması üçün bir su molekulu tələb olunur. Bu reaksiyalar maddələr mübadiləsi üçün vacibdir. Hər bir disaxarid müvafiq disaxaridazanın (saxaraza, laktaza və maltazanın) köməyi ilə parçalanır.

  1. ""Biose on www.merriam-webster.org"". 2020-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-24.
  2. IUPAC, Compendium of Chemical Terminology, 2nd ed. (the "Gold Book") (1997). Online corrected version: (2006–) "disaccharides Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine". doi:10.1351/goldbook.D01776
  3. Kwan, Lam Peng (2000). Biology- A course for O Level. p. 59. ISBN9810190964.

Previous Page Next Page