Endometrioz — endometrium (uşaqlığın daxili təbəqəsi) kimi hüceyrələrin bu təbəqədən kənarda böyüyüb çoxalan geniş yayılmış ginekoloji xəstəlik.
Əksər hallarda, reproduktiv yaşda olan qadınlarda inkişaf edir, lakin hərdən bu xəstəliyin halları qızlarda (hətta ilk menstruasiya başlamazdan əvvəl) və yaşlı qadınlarda, menopozdan və menstruasiya dayandırıldıqdan sonra baş verir. Bu toxumada, aylıq qanaxma ilə özünü göstərən normal endometriumda olduğu kimi eyni dəyişikliklər baş verir. Bu kiçik qanaxmalar ətrafdakı toxumalarda iltihaba səbəb olur və xəstəliyin əsas təzahürlərinə səbəb olur: ağrı, orqanın böyüməsi və sonsuzluq. Endometriozun simptomları onun ocaqlarının yerindən asılıdır.[3]
Endometrioz 2 cür olur: genital (cinsiyyət orqanlarının daxilində - uşaqlıq, yumurtalıqlar) və ekstragenital (reproduktiv sistemin xaricində - göbək, bağırsaqlar və s.).[4]
Xəstəliyin səbəbləri müasir tibb tərəfindən dəqiq müəyyən edilməyib. Hüceyrə fermentlərinin, hormon reseptorlarının, həmçinin gen mutasiyalarının xəstəliyin mexanizmində iştirakı güman edilir.[3]