Enterosit və ya bağırsaq uducu hüceyrələr — kiçik və yoğun bağırsağın daxili səthini əhatə edən sadə sütunlu epitelial hüceyrələr. Qlikokaliksin səth qatında həzm fermentləri var. Apikal səthdəki mikrovillilər onun səthini artırır. Bu, çoxsaylı kiçik molekulların bağırsaq lümenindən[1] enterositlərə daşınmasını asanlaşdırır.
Bunlara həzm olunan zülallar, yağlar və şəkərlər, həmçinin su, elektrolitlər, vitaminlər və öd duzları daxildir. Enterositlər də leptin[2] kimi hormonlar ifraz edərək endokrin rolunu oynayırlar.