Eos

Eos
q.yun. Ἠώς
Mifologiya Yunan
Təsir sahəsi şəfəq vaxtı
Yunanca adı Ηώς, yaxud Έως
Cinsi qadın[d]
Sülalə Titanlar
Atası Hiperion
Anası Teya
Qardaşı Helios
Bacısı Selena
Əri
Uşaqları Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi),
Not (cənub küləyi),
Borey (şimal küləyi)
Digər mədəniyyətlərdə Avrora
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Eos (yunanca: Ηώς, yaxud Έως) – Yunan mifologiyasında dan şəfəqi ilahəsi, titan Hiperion və Teyanın qızı, Astreyanın həyat yoldaşı və Anem (külək) və Astrın (ulduz) anasıdır. Roma mifologiyasında Avrora adlanır. Astreyin arvadı, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) anası. Rəvayətə görə dan şəfəqi ilahəsi Eos Areslə yatdığına görə Afroditanın qəzəbinə tuş gələrək sevgi düşgününə çevrilir. Mifologiyaya görə məhz səhər tezdən dan şəfəqinin qırmızımtıl rəngi Eosun keçirdiyi gecəyə görə utanmasına işarədir. Onun sevgililəri Klit və Kefal olmuşdur. O, öz sevgililərini xoşluqla olmadıqda zorla özünə tabe etdirirmiş.

Yaraşıqlı Tifona vurulan Eos Zevsdən sevgilisini ölməz etməyi xahiş edir. Lakin, onun daim cavan qalmasını xahiş etməyi unudur. Lakin illər keçdikcə yaşlaşan Tifonun qayğısına qalsa da yatağı onunla bölüşməkdən çəkinir. Sonradan tam əldən düşmüş Tifonu cırcıramaya (Tsikada) çevirir. Tifonla nigahdan o, Emafoin və gələcək Həbəşistan çarı Memnonu dünyaya gətirmişdir. Memnon Troya ətrafında Axilleslə döyüşdə həlak olur. Eos oğlunun cəsədini Həbəşistana gətirmiş, göz yaşları tökərək əbədi yas tutmuş və Zevsdən xahiş etmişdir ki, onu Memnoidə çevirsin.


Eos

Dodaje.pl - Ogłoszenia lokalne