Esxin | |
---|---|
q.yun. Αἰσχίνης | |
![]() | |
Doğum tarixi | təq. e.ə. 390[1] |
Doğum yeri | |
Vəfat tarixi | təq. e.ə. 322[1] |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat, orator, yazıçı |
![]() |
Esxin (q.yun. Αἰσχίνης; təq. e.ə. 390[1], Afina – təq. e.ə. 322[1], Samos, Şimali Egey adaları) — Afina siyasi xadimi vә natiqi. Makedoniya tәrәfdarlarının lideri.
E.ә. 346-cı ildә Demosfelә birlikdә Afina üçün olduqca ağır vә әlverişsiz Filokrat sülhünün bağlanmasında iştirak etmişdir. Esxin ilә Demosfen arasında sülh mәsәlәlәrilә bağlı kәskin fikir ayrılığı dәrin düşmәnçiliyә çevrildi. E.ә. 345 vә 343-cü illәrdә Esxin Demosfenin xәyanәtlә bağlı ittihamlarından özünü müdafiә etdi. Makedoniyanın yunan şәhәrlәri üzәrindә hegemonluğu bәrqәrar edildikdәn sonra Esxin Demosfenә qarşı bir sıra ağır ittihamlar irәli sürdü. Lakin Demosfen özünә bәraәt qazandırmağa nail oldu. Böyük mәblәğdә cәrimәdәn yayınmaq mәqsәdilә Rodosa qaçan Esxin burada natiqliyin tәdrisi ilә mәşğul idi.