Faber-Castell | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | sənaye[1] |
Məhsulları | Karandaş, Loqarifmik xətkeş |
Təsis tarixi | 1761 |
faber-castell.com faber-castell.de |
|
Vikianbarda əlaqəli mediafayllar |
"Faber-Castell" — dünyanın ən böyük qələm, karandaş və rəssamlıq ləvazimatları istehsalçısı olan alman şirkətidir. Əsası 1761-ci ildə Kaspar Faber tərəfindən Almaniyada - Nürnberq yaxınlığındakı Ştayn şəhərində qoyulmuşdur. Bu şirkət indiyə qədər də onun nəsli tərəfindən idarə olunur.
Hazırda şirkətin 7 000 işçisi var və dünyanın 100-dən çox ölkəsində filialları fəaliyyət göstərir. Məhsullarının çoxu Malayziyada istehsal olunur, lüks məhsulları Almaniyada istehsal edilir.