Faktorial

Faktorialriyaziyyatda sağına nida işarəsi qoyulmuş ədədə verilən ad daha ümumi Qamma funksiyasının tam ədədlərlə məhdudlaşmış xüsusi bir vəziyyətidir. 1-dən müəyyən bir natural ədədə qədər olan ardıcıl bütün natural ədədlərin hasilinə o ədədin faktorialı deyilir. Əgər n bir natural ədəddirsə, n! ardıcıl natural ədədlərin hasilini ifadə edir. Məsələn, 5! (5 faktorial) ardıcıl natural ədədlərin (1, 2, 3, 4, 5) hasilini təmsil edir və 5!=1×2×3×4×5=120 olur.

0 1
1 1
2 2
3 6
4 24
5 120
6 720
7 5 040
8 40 320
9 362880
10 3628800

Faktorialdan əsasən kombinatorika, ədədlər nəzəriyyəsifunksional analizdə istifadə olunur.


Sıfır natural ədədlərə aid olmamasına baxmayaraq, faktorialı tərifə uyğun olaraq, 1-ə bərabərdir: 0!=1


Faktorial

Dodaje.pl - Ogłoszenia lokalne