Fanerozoy

Fanerozoy və ya Fanerozoy eonuGeoxronoloji cədvəldə 4 eondan sonuncusu. Bol bitkiheyvan aləminə sahib dövrdür. 541 milyon il əvvəl başlamışdır və bu günə qədər dəvam edir. Prekembri adlanan fanerozoydan əvəlki dövr hal hazırda 3 eona: Katarxey, ArxeyProterozoy eonlarına bölünmüşdür.

Fanerozoy dövrü bir sıra heyvan tiplərinin qalıcı dəlillərinin qəfil görünməsi; bu tiplərin müxtəlif formalarda təkamülü; mürəkkəb bitkilərin yaranması və inkişafı; balığın təkamülü; həşərat və tetrapodların ortaya çıxması; və müasir faunanın inkişafı ilə xarakterizə edilir. Quruda bitki həyatı erkən Fanerozoy eonunda ortaya çıxdı. Bu müddət ərzində tektonik qüvvələr qitələrin hərəkət etməsinə və nəticədə Pangeya (ən son superqitə) adı ilə tanınan tək bir quruparçasını yaratmasına səbəb oldu.


Fanerozoy

Dodaje.pl - Ogłoszenia lokalne