Filipomen | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | e.ə. 253 |
Vəfat tarixi | təq. e.ə. 183 və ya e.ə. 183[1] |
Vəfat səbəbi | zəhərlənmə |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
Filipomen (yun. Φιλοποίμην Philopoímēn; e.ə. 253 – təq. e.ə. 183 və ya e.ə. 183[1]) — Qədim Yunanıstan siyasi xadimi və sərkərdəsi. Əsas hərbi-siyasi fəaliyyəti Axayya ittifaqı ilə bağlı idi. E.ə. 207-ci ildən başlayaraq müxtəlif vaxtlarda 8 dəfə strateq (e.ə. 200-cü ilədək 3 dəfə, e.ə. 193-cü ildən sonra 5 dəfə) seçilmişdir. Bir sıra hərbi islahatlar keçirmiş Filipomen, demək olar ki, bütün Peloponnesi, e.ə. 192 ildə isə Spartanı Axayya ittifaqına birləşdirmişdi. Yunanıstanın müstəqilliyi uğrunda Romaya qarşı inadlı mübarizə apardığına görə "Sonuncu ellin" ləqəbini almışdır. Axayya ittifaqından ayrılmış messenalılarla müharibədə yaralanmış Filipomen əsir götürülərək edam edilmişdir.[2]