Florensiya | |
---|---|
Firenze | |
43°46′17″ şm. e. 11°15′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 50 m[3] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +39 055 |
Poçt indeksi | 50100[5], 50121–50145 |
Nəqliyyat kodu | FI |
Digər | |
comune.fi.it | |
Vikianbarda əlaqəli mediafayllar |
Florensiya (it. Firenze, ing. Florence) — dünyaya görkəmli təsviri incəsənət nümayəndələri bəxş etmiş və Renessansın vətəni sayılan İtaliyada bir şəhər. Toskana regionunun paytaxtıdır. O, Şimali Apennin dağlarının ətəklərində, Arno çayı ilə ayrılan 2 İtaliya əyaləti — Toskana və Emiliya ilə sərhəddə yerləşir. Arno çayının sahilində hərbi koloniya salan romalılar bu yerlərə Florensiya — "çiçəklənən" adı vermişlər. Nə şiddətli qibelin və qvelf qarşıdurması ( XIII əsrdə zadəganların 2 antaqonist siyasi düşərgələri), nə papa hökumətinin şəhər üzərində hakimiyyəti ələ keçirmək cəhdləri, XV əsrin sonlarında florensiyalıların azadlıq hislərinin boğulması və Cirolamo Savonarolanın tonqalda yandırılması Florensiyanın çiçəklənməsinə mane ola bilmədi. XVIII əsrə qədər Florensiyada hakimiyyətdə olan Mediçi sülaləsi hər vəchlə burada incəsənətin inkişafına və şəhərin dünyanın mədəniyyət mərkzələrindən birinə çevrilməsinə çalışırdı. Florensiya — Donatello — "intibah dövrünün atalarından biri", Mikelancelo, Leonardo da Vinçi, Sandro Botiçelli, və b. təsviri incəsənət nümayəndələrini ruhlandıran şəhər olmuşdur. Onların əsərləri bu gün də Florensiya qalereyalarını və muzeylərinin ziyarətçilərini heyran edir.