Footjob

Footjob — kişi cinsindən olan şəxsin cinsiyyət orqanına başqa birinin ayağından istifadə edərək həyata keçirilən cinsi əlaqə növüdür. Hənd cobun ayaqlarla edilən formasıdır. Məqsədi edilən şəxsə orqazm həzzini yaşatmaq və həmin insanın boşalmasıdır[1][2].

Fut cobu adətən qadınlar cinsi partnyorunun cinsiyyət orqanına edirlər. Gey kişilər tərəfindən də bir-birlərinə fut cob edilir. Ayaqların köməyi ilə birinin penisi sığallanır, oynanılır, masaj edilir və ya ayaqlar ilə sürtülür; bu formada cinsiyyət orqanı ilə oynanılan şəxsin cinsi həyəcan, oyanma və ya orqazm yaşaması təmin edilir. Boşalma da tez-tez ayağın yuxarı hissəsinə edilir. Bu, ayaq fetişinin mühüm bir hissəsidir[3].

Müxtəlif hallarda fut cob termini həm də partnyorun döşlərini və ya vulvasını sığallamaq üçün kişinin ayaqlarından və ya ayaq barmaqlarından istifadə etməsi hərəkətinə də verilən ad ola bilər[4].

Fut cob tələbi ilə əlaqədar olaraq, porno sənayesində fəaliyyət göstərən şirkətlər yalnız fut cob ehtiva edən xüsusi serialar və videolar çəkirlər. Yalnız Footjob temalı videolar çəkən seks filmləri şirkətləri də mövcuddur.

Footsie ilə qarışdırılmamalıdır. Footsie termini pornoda istifadə edilsə də, əslində footsie; Orqazm həzzinin yaşanmadığı və boşalmanın baş vermədiyi "romantik" bir formada ayaqlarla oynamağa verilən addır. Footsie flirtin bir formasıdır.

  1. Angela Lewis. My Other Self: Sexual Fantasies, Fetishes and Kink. The Great American Publishing Society. səh. 18.
  2. Eric Danville. The Penthouse Erotic Video Guide. Grand Central Publishing. 2003. səh. 263. ISBN 0-446-61293-6.
  3. Bruckner, A. (2010). Illustrated Foot Sex: Footjobs & Foot Fetishism. Brian Phillippe.
  4. David Deida. The Enlightened Sex Manual. Sounds True, Inc. 2007. səh. 123. ISBN 978-1-59179-585-8.

Footjob

Dodaje.pl - Ogłoszenia lokalne