Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Fotoaparat

Fotoaparatlar
XIX əsrin ortalarının fotoqrafı

Fotoaparat (fotokamera, danışıq dilində şəkilçəkən adı ilə tanınır) — real süjetin statik təsvirini əks etməsini həyata keçirmək üçün qurğu.

Gündəlik həyatımızda sevimli məşğuliyyətimizdən biri də şəkil çəkdirməkdir. Maraqlı şəkillər çəkib müxtəlif programlar vastəsi ilə onu "fotoşop" edərək öz zövqümüzə uyğun dəyişirik. Elm və texnologiya inkişaf etdikcə, bu prosesləri etmək daha da asanlaşır və biz bunu fotoaparat olmadan mobil telefonlar vasitəsilə də həyata keçiririk. Bugünkü gündə iki-üç saniyəyə çəkilən fotoları keçmişdə əldə etmək elə də asan deyildi. Fotoaparat ixtira olunana qədər insanlar, sadəcə, əl rəsmləri çəkə bilirdilər. Təxminən, 30.000 il bundan öncə, mağara divarlarında cızılan ilk rəsmlər insanların yaşadıqları anı, tarixin izində itib-batmaması üçün göstərilən ilk cəhd kimi götürmək olar. E.ə. dördüncü yüzillikdə Aristoteles "Problem" adlı təcrübəsində iynə deşiyi də adlandırılan kiçik deşikdən əldə etdiyi görüntünü izah etməsi ilə fotoaparat qurğusunun atası sayılan "camera obscura"nı (latıncadan camera otaq, obscura isə qaranlıq deməkdir) ixtira etmişdir. "Camera obscura"nın çox asan işləmə qaydası vardı: Divarında kiçik bir deşiyi olan qaranlıq otaqda deşikdən girən işıq, qarşısında olan divarın üzərinə çöldəki mənzərənin tərs görüntüsünü əks etdirir. Onuncu yüzillikdə yaşamış Alhazen adı ilə tanınmış ərəb fiziki və riyaziyyatçısı İbn Al-Haitam şam və onun üstündə kiçik bir deşik olan bir pərdə istifadə edərək, bəsit camera obscura düzəltdi. Bu ixtira Avropada bəyənilsə də, praktik cəhətdən istifadəsi uzun zaman tələb edirdi. Daha sonra, Johannes Keplerin (1571–1630) daşına bilən camera obscura yaratması tarixdə yenilik oldu.

XIX əsrə qədər geniş yayılan camera oscura tələbatı artıq ödəmədiyindən get-gedə öz yerini obyektivli fotoaparat qurğularına verməyə başladı. Texniki qurğu ilə şəkil çəkmək uğrunda cəhdlər artıq yüzillərdir ki, davam edirdi. Bunu ilk dəfə 1826-cı ildə Fransanın Chalon-sur-Saone şəhərində yaşayan Joseph Nicéphore Niepce (1765–1833) bacardı. O, evinin pəncərəsindən çəkdiyi göyərçin yuvası şəkli ilə dünyanın ilk fotosunu tarixə yazdı. Həmin fotoya "haliograph" (günəş cizgisi) adını vermişdir. Niepce pəncərədən mənzərə (View from the Window at Le Gras) görüntüsünü əldə etmək üçün 8saat vaxt sərf etmişdi. O, qarşısına iki əsas əsas məqsəd qoymuşdu: şəklin çəkilmə müddətini azaltmaq və rəngləri dəqiq əks etdirmək. Lakin, Niepcenin vaxtsız ölümü bu ixtiranı yarımçıq qoydu. Onun ixtirasını təkmilləşdirməyə çalışan iş dostu Louis Jacques Mandé Daguerre (1787–1851) istədiklərinə nail olur. 1839-cu il 19 avqust Daguerre Fransız Elmlər Akademiyasında dünyanın ilk fotoaparat icadını belə təqdim edir: "Xanımlar və cənablar, kainat işıq vasitəsilə bir səthin üzərinə köçürüldü."

1892-ci ildə George Eastman Kodak qurğularında 10 poza çəkə bilən bromürlə əhatələnmiş jelatin rulonlar olan Kodak foto qurğularını satışa çıxararaq böyük alətlər daşıyan fotoqraflara kömək etmiş oldu. Foto çəkildikdən sonra qurğu fabrikalara göndərilir və jelatin film kağızdan ayrıldıqdan sonra şüşə üzərinə yerləşdirilir. Daha sonra yenidən qurğunun içinə boş filmlər doldurularaq sahibinə geri qaytarılır.

1888-ci ildə Kodak firması içində 100 ədəd film olan fotoaparat qurğularını satışa çıxardı. Bu fotoaparat qurğuları "düyməni basın və geridə qalanı bizə buraxın" şüarı ilə reklam edirdi.

Qısa zamanda geniş alıcı kütləsi toplayan bu fotoaparatlar çəkimdən sonra yene fabrikaya göndərilir, burada qurğulara həmişəki kimi boş fimlər doldurularaq sahibinə verilirdi.1947-ci ildə Mr. Land polaroid qurğunu ixtira etdi. Daha sonrakı illərdə isə kamera texnologiyasında baş vermis inkişaflar, rəqəmsal fotoaparatların kəşfi, mikroskopik təcrübələr, kosmik, fotoqrafiyası, sualtı fotoqrafiyası kimi yeni sahələr geniş şəkildə yayılmış, daha çox detaylı foto texnika yaradılmışdır. 20-ci yüzillikdən etibarən ən böyük inkişaf rənglərdə və lenslərdə oldu. Əvvəlki illərə nisbətən, qüsursuz və çevikliyi ilə seçildilər. Belə ki, yeni lenslər sayəsində görülə bilən, hətta, görülə bilməyən hər şeyin şəklin çəkmək mümkün oldu. Orta və kiçik fotoaparatlarla bir yerde satışa çıxarılan bu lenslər qısa zamanda alıcılarının maraq dairəsinə səbəb oldu. Bu əlverişli fotoaparatlar sayəsində istənilən vaxt, istənilən yerdə şəkil çəkmək asanlaşdı. Zaman ötdükcə fotoaparatların ölçüsü kiçilir, çəkmə keyfiyyeti isə yüksəlirdi.

Fotoaparatın quruluşu

  • Obyektiv, təsvirin həssas elementə proyeksialanmasını təmin edir.
  • Pərdə (Pərdəni obyektivin qapağı da əvəz edə bilər. Bəzi rəqəmsal kameralarda sürgü olmaya da bilər.)
  • Korpus. Fotoaparatın mexanizmlərinin bərkidilməsini təmin edir. İşığahəssas materialı kənar işıqlanmadan qoruyur.
  • İşığahəssas materiallı kasset və ya sensor.

Fotoaparatın digər qalan elementləri birbaşa şəklin texniki keyfiyyətinə təsir etmirlər və konstruksiyada iştirak edə də bilərlər, etməyə də bilərlər. Onlar kompozisiyanın seçilməsini, fotoqrafa çəkiliş parametrlərini(eksponometr, avtofokuslama və s.) təyin etməyə kömək edir, çətin şəraitdə çəkilişi(işartı, təsvir stabilizatoru və s.) asanlaşdıraraq aparatın rahatlığını və operativliyini təmin edir.


Previous Page Next Page