Gelato | |
---|---|
Mənşəyi | |
Tərkibi | |
Əsas |
Gelato (it. gelato - dondurma, lat. gelātius - dondurulmuş) - müxtəlif çərəz, şokolad və təzə meyvə əlavə edilməklə təzə inək sudü və şəkərdən hazirlanmiş italyan dondurulmuş desert, dondurma. İngilis dilində bütun italyan mənşəli dondurulmuş desertlərə də aid edilir. Ümumiyyətlə İtaliyada peşəkar şəkildə əl ilə hazirlanan gelatonun tərkibindəki kərə yağı 6-9%-dir ki, bu da digər dondurulmuş desert növlərindən daha aşağıdır.[1][2] Bu a görə də gelato südlü, plombir və qaymaqlı ola bilər. Gelatonun tərkibində şəkər daha çox olur. Başqa dondurulmuş desertlərdən fərqli olaraq gelatonun tərkibində adətən 35% hava (amerikan stilində hazırlanan dondurmalardan əhəmiyyətli dərəcədə az) və daha çox dadlandırıcıların olması ona sıxlıq və zənginlik verir ki, bu da onu digər dondurma növlərindən fərqləndirir.[3]
Əsl gelato sənaye şəklində buraxılmır. Gelato ustaları (gelatyere) onu xüsusi yerlərdə (gelatterriya) hazırlayır və hazır olan kimi süfrəyə təqdim edirlər. Hər ustanın hazırlsdığı gelatonun özünəməxsus dad və qoxusu olur.