Giqaku (伎楽?)- VII- XV əsrlərdə Yaponiyada mövcud olmuş teatr tamaşasıdır. Şahzadə-regent Şotokunun himayəsi altında gikaqu ölkədə buddizmin yayılması məqsədilə istifadə olunmuşdur. Getdikcə bu sənət saray məişətinə daxil olaraq buddist ayinlərindən birinə çevrilmişdir. Tamaşa üç hissədən ibarət idi: ifaçıların səhnəyə çıxma nümayişləri; musiqi nömrələri, pantomima, rəqslər; səhnəni tərketmə nümayişləri.