Got7 (koreyaca: 갓세븐) JYP Entertainment tərəfindən qurulan Cənubi Koreya-lı oğlan qrupudur.[1] Qrup yeddi üzvdən ibarətdir: Cey B, Mark, Cekson Van, Cinyounq, Younqce, BamBam və Yugyom. Got7, 2014-cü ilin yanvarında Gaon Music Chart-da ikinci, Billboard’s World Albums Chart-da bir nömrəyə yüksələn ilk albumları olan EPGot It? debüt etdilər. Qrup, həmçinin tez-tez martial arts tricking və küçə rəqsləri elementlərini ehtiva edən canlı çıxışları ilə də diqqət çəkdi.
Got7 | |
---|---|
kor. 갓세븐 | |
| |
Əsas məlumatlar | |
Üslub | |
Fəaliyyət illəri | 2014 - günümüz |
Ölkə | Cənubi Koreya |
Şəhər | Seul |
Digər adı |
|
Dil | koreya, ingilis,çin,yapon,tay |
Leybl | |
Heyət |
Mark Jay B Jackson Jinyoung Youngjae Bambam Yugyeom |
https://www.warnermusic.co.kr/artists/got7/ | |
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ilin sonlarında Got7 Sony Music Entertainment Japan ilə müqavilə bağladı və Yapon dilində debüt sinqlı “Around The World”-u çıxartmaq üçün Yaponiya bazarına çıxdı. Onlar bir ay sonra Cənubi Koreyaya qayıdıb, ölkənin hit-paradlarına başçılıq edən ilk tammetrajlı studiya albomu olan Identify çıxartdılar. 2015-ci ildə Got7, “Just Right” və “Mad” EP’lərini çıxartdırlar, bununla da, kommersiya baxımından “Just Right” ən uğurlu sinqlları oldu. 2016-cı ildə onlar, Oricon Albums Chart-a üçüncü olaraq daxil olan, tammetrajlı studiya albumu Moriagatteyo ilə Yaponiya bazarına yönəldilər.
Onların beşinci Koreya albumu EP Flight Log: Departure və ikinci tammetrajlı studiya albumları Flight Log: Turbulence hər ikisi də siyahılarda lider idi və 2017-ci ildə Flight Log seriyasının sonuncu EP Flight Log: Arrival-ı onların ilk 300.000-dən çox nüsxə satan albumu oldu.
Qrup 2021-ci ilin yanvarında şirkətlə müqavilələri bitdikdən sonra, JYP Entertainmentdən ayrıldılar.