Hajduk (Bolqar: хайдутин, Ermənicə: Հայդուկ, Macarca: hajduk, Makedonca: ајдут, Rumın: haiduc, Serbcə: хајдук, Türkcə: haydut) xüsusilə 19-cu əsrdə Balkanlarda, Orta və Şərqi Avropada qanun qaçaqları, quldurlar və müstəqillik döyüşçüləri üçün istifadə edilən ümumi termindir.[1]
Balkan ənənəsində Hajduk əfsanələştirilmiş bir qəhrəman olaraq adlandırılıb. Qəhrəman o dövrdə Osmanlı İmperatorluğu nəzarəti altındakı torpaqlardakı Osmanlılara qarşı mübarizə etməkdədir. İngiltərə əfsanəsi Robin Hud nümunəsində olduğu kimi Varlıdan oğurlayaraq kasıba verən bir Hajduk simvolu eyni zamanda ədalətsiz rəhbərliyə qarşı üsyanı da işarələyər.
Gerçəkdə isə Hajduk tərifi 17-ci əsrdən başlayaraq 19-cu əsrin sonlarına qədər fəaliyyət göstərən qanunsuz kəslər üçün istifadə mənfi bir təbir olmuşdur. Bu kəslər deyilənin əksinə yalnız Osmanlılara deyil yerli xalqa da hücum etdikləri bilinməkdədir.