Hellanik | |
---|---|
yun. Ἑλλάνικος | |
Doğum tarixi | təq. e.ə. 490 |
Vəfat tarixi | təq. e.ə. 405 |
Vəfat yeri |
Mitilinili Hellanik və ya Lesboslu Hellanik (q.yun. Ἑλλάνικος, lat. Hellanikos; təq. e.ə. 490 – təq. e.ə. 405, Qədim Afina) — qədim yunan tarixçisi, Herodotun müasiri.
"Suda"da yazıldığına görə, o, bir müddət Makedoniya hökmdarlarından birinin sarayında yaşamış və Perperendə vəfat etmişdir. İoni dialektində yazıb. Plutarx amazonların Kimmeriya Bosforunu buz üzərində keçdiklərini bildirərkən Hellanikə istinad edir.[1]
Hellanik son İoni loqoqrafı hesab olunur. Sonrakı tarixçilər (Fukidid, Ktesi, Efor, Feopomp, Diodor, Plutarx və s.) Hellanikin əsərlərindən material götürmüşdülər. Hellanikə aid edilən 28 əsər məlumdur, lakin onların əksəriyyəti, tarixçilərin fikrinə görə, başqa müəlliflər tərəfindən yazılmışdır.[2]