Hersoq

Hersoq (kişi), hersoginya (qadın) (alm. Herzog‎, fr. duc, ing. duke, it. duca lat. dux) qədim germanlarda əsli-nəcabətli nəsildən seçilmiş hərbi rəhbər, orta əsrlərdə tayfa başçısı (knyaz), feodalizm dövrünün sonları, kraldan sonra birinci iri torpaqlara və mülklərə sahib, vassal statuslu mülkədarlara verilən titulu. Onun malik olduğu əraziyə hersoqluq deyilir.

Frank Dövlətinin böyüməsi, german hersoqlarının kral səlahiyyətlərini əldə etməsinə səbəb olur. Lakin sonralar mərkəzləşdirmə siyasəti aparan imperator Böyük Karl (768—814), separatizm meyillərinə qarşı mübarizə apararaq hersoqluqları ləğv edir. Böyük Karlın müxtəlif tayfa və xalqları birləşdirməklə yaratdığı imperiya onun ölümündən sonra parçalandı. Fransa, İtaliyaAlmaniya ərazilərində hersoqluqlar yenidən meydana çıxmış olurlar. İngiltərədə hersoq titulu şahzadədən sonra, markizdən öndə gəlir. Avstriyada şahzadələri fərqləndirmək üçün onlara 1453 cü ildən etibarən “erçhersoq” ya “arxhersoq” ya da “arxduk” titulu verilirdi.

Rusiya imperiyasında hersoq titulu knyaz tituluna bərabər tutulurdu. Aleksandr Menşikov yeganə rus zadəganıdır ki, “İjor hersoqu” titulunu daşımışdır.


Hersoq

Dodaje.pl - Ogłoszenia lokalne