Hidrobiologiya su orqanizmləri və onların xarici mühitlə qarşılıqlı əlaqəsindən bəhs edən elm. Hidrobiologiya, əsasən, ekoloji elm olub okeanların, dənizlərin və şirin suların bioloji məhsuldarlığını öyrənir. Orqanizmlərin suda yaşamasında xarici mühitin rolu böyükdür. Xarici mühit amillərinə suyun şəffaflığı, temperaturu, duzluluğu, suda həll olmuş qazlar, biogen elementlər və sairə aiddir.[1]