Hisense | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | elektron qurğular |
Məhsulu | məişət texnikası |
Təsis tarixi | sentyabr 1969 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
global.hisense.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Hisense (çin. 海信集团; pinyin: hǎi xìn jí tuán) — baş ofisi Çinin Şandun əyalətinin Qingdao şəhərində yerləşən çoxmillətli məişət əşyaları və elektronika istehsalçısı. Bu şirkət, ictimai şirkət tipində olub, eyni zamanda da törəmə şirkətləri olan dövlət müəssisəsidir.
Hisense şirkətinin iki ictimai şirkət tipində olan şirkəti mövcuddur. Hisense Electric Co Ltd Şanxay Fond Birjasında qeydiyyatdan keçmişdir (SSE: 600060). Hisense Kelon Electrical Holdings Co Ltd şirkəti isə Shenzhen (SZSE: 000921) və Honq Konq (SEHK: 921) birjalarında qeydiyyatdan keçmişdir[2].
Hisense şirkətinin Çində 13 istehsal müəssisəsi mövcuddur. Sözügedən istehsal müəssisələri Quangdong, Guizhou, Huzhou, Jiangsu, Liaoning, Linyi, Shandong, Sichuan, Yangzhou, Yingkou, Sincan, Zibo və Pekin bələdiyyələrinin əyalətlərində/şəhərlərində yerləşir. Bu istehsal müəssisələrindən bir neçəsi isə Çindən kənarda, yəni Macarıstan, Cənubi Afrika, Misir, Əlcəzair, Fransa və Meksikada yerləşir. Hisense müxtəlif brend adlar altında məhsulların satışını həyata keçirir. Bu brendlərə Combine, Kelon və Ronshen daxildir. Hisense şirkəti həmçinin də OEM-dir, məhz buna görə də onun hazırladığı bəzi məhsullar digər istehsalçılara satılır və Hisense ilə heç bir əlaqəsi olmayan bir marka adı daşıyır. 2015-ci ildə məşhur Yaponiya şirkətlərindən biri olan Sharp Corporation brendindən istifadə edərək Amerikada televizor satmaq hüququnu əldə etmişdir. Həmçinin də, 2013-cü ildən etibarən şirkət, öz marka adı ilə televizorların istehsalına başlamışdır.