Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Histologiya

Ağciyər toxumasının hematoksilin və eozinlə boyanmış bir bölümü.Bu nümunə bir empisema xəstəsindən alınmışdır.

Histologiyaorqanizmi təşkil edən toxumaların morfoloji-funksional xüsusiyyətlərini öyrənən tibb sahəsi. Xüsusi histologiya yaxud mikroskopik anatomiya ayrı-ayrı orqanların mikroskopik quruluşunu öyrənir.

İlk dəfə bitki toxumaları və hüceyrələri haqqında anlayışı 1665-ci ildə fizik Robert Huk irəli sürmüşdür. Sonralar bitki və heyvan toxumalarının hüceyrəvi quruluşunu 1671–1695-ci illərdə M.Malpigi, N. Gryu və Antoni van Levenhuk təsvir etmişdir.

Antoni van Levenhuk 300 dəfə böyüdən mikroskop ilə eritrositlərin kapilyarlarda hərəkətini, spermanı, eninə zolaqlı əzələ liflərini, sinir liflərini və s. quruluşunu öyrənmişdir. XVII–XVIII əsrlərdə mikroskopiki tətqiqatların müvəffəqiyyətlərinə baxmayaraq, mikroskopların aşağı keyfiyyətdə olması və preformasiya nəzəriyyəsinə görə bu tədqiqatlar geniş yayılmadı. Bu nəzəriyyəyə görə təbiətdə heç bir şey yenidən əmələ gəlmir, orqanizmin inkişafı cinsiyyət hüceyrələrində əvvəlcədən qoyulmuş mayaların hesabına olur. Preformistlər spermada kiçik formalaşmış insanı axtarırdılar. Bəziləri qeyd edirdilər ki, Adəmin (ə. s.) həyat yoldaşı Həvva xanımın yumurtalığında 300 trilyon gələcək insan rüşeym olmuşdur. Bunlar üzvi aləmin inkişafını və dəyişikliyini inkar edirdilər. Preformizm cərəyanı metafizik cərəyan idi və bu cərəyanın başçısı Hanler idi. Bu cərəyan inkişaf prosesində keyfiyyət dəyişiklikləri inkar edir, kəmiyyət dəyişikliklərinə üstünlük verirdi. Bu nəzəriyyəyə görə bütün canlılar kainat yaradılarkən ilahi qüvvə tərəfindən yaradılmışdır. Aristotelin irəli sürdüyü epikinez nəzəriyyəsi preformizmin əksinə oldu. 1759-cu ildə "Volf həyatın mənşəyi" əsərində epikinezi elmi cəhətdən əsaslandırmış və göstərmişdir ki, orqanizm yenidən inkişaf edir, inkişafın əvvəlində heç bir orqan mövcud olmur, yalnız rüşeym vərəqləri əmələ gəlir. Epikinez nəzəriyyəsi inkişaf prosesində keyfiyyət və kəmiyyət dəyişikliklərini etiraf etdi. Volf ilk dəfə cücələrin rüşeymində ürəyin, bağırsaqların və böyrəklərin inkişafını izləmiş, bunların rüşeym vərəqlərindən yarandığını göstərmişdir. 1768-ci ildə K.Volf Almaniyadan Peterburq akademiyasına dəvət olunur. 1782-ci ildə A.Şumlyanski ilk dəfə sırf histoloji tətqiqatlar aparmış, böyrəyin qıvrım kanallarının, damar yumaqcığının və onu əhatə edən zarın mikroskopik quruluşunu öyrənmişdir. XIX əsrin əvvəllərindən etibarən histologiya sərbəst elm kimi inkişaf etmişdir. 1784-cü ildə H. Epinus tərəfindən axromatik mikroskopun kəşf edilməsi bu inkişafı sürətləndirdi. Bu dövrdə macar alimi Jan Purkina öz şagirdləri ilə bir yerdə mikroskopu təkmilləşdirmiş, histoloji kəsiklərin hazırlanması, boyanması və aydınlaşdırılması kimi mikroskopik tədqiqat üsulları icad etmişdir.

1825–1827-ci illərdə ilk dəfə Jan Purkina heyvan hüceyrəsini və nüvəni təsvir etmiş, toyuq yumurtasında nüvəni rüşeym qovuqcuğu adlandırmışdır. Nüvə terminini ilk dəfə 1831-ci ildə bitki hüceyrəsində Braun, protoplazma ifadəsini isə ilk dəfə 1840-cı ildə Jan Purkina işlətmişdir. Jan Purkina ilk dəfə mikrotom termini, histoloji kəsiyin cisim şüşəsinə bərkidilməsi, örtücü şüşəni cisim şüşəsinə Kanada balzam ilə təsbit edilməsini irəli sürmüşdür.

M. Şleyden 1838 bitki orqanizminin hüceyrə yığımı olması fikrini irəli sürmüşdür. J. Purkina, Q. Valentin və M. Şleydenin işləri hüceyrə nəzəriyyəsinin yaranmasına səbəb olmuşdur. 1839-cu ildə Teodor Şvann hüceyrə nəzəriyyəsini irəli sürdü. Hüceyrə nəzəriyyəsi biologiyanın inkişafına güclü təkan verdi. Bu nəzəriyyəyə görə bütün canlılar hüceyrəvi quruluşa malikdirlər. Yeni hüceyrənin əmələ gəlməsi onun bölünməsi ilə olur və bütün canlı aləm vahid mənşəyə malikdir. R. Virxov, A. Zavarzini, Xlopin və s. alimlərin də elmin inkişafında böyük rolu olmuşdur. Hüceyrə nəzəriyyəsinin çatışmayan cəhəti onların hüceyrəyə tam orqanizmin ayrılmaz hissəsi kimi yox, müstəqil varlıq kimi baxmasıdır. Hüceyrə nəzəriyyəsi təsviri histologiyanın inkişafına təkan verdi. XIX əsrin ortalarında Leydiq və R. Virxov toxumaların inkişafını və quruluşunu öyrənmişlər. İlk histologiya kitabları Avropada nəşr edildi və kitabda toxumaların təsnifatı verildi. 1856-cı ildə R. Virxov hüceyrə patologiyası əsərində göstərdi ki, heç bir hüceyrə yenidən yaranmır, bölünmə yolu ilə hüceyrədən əmələ gəlir. 1874-cü ildə rus botaniki Çistyakov bitkilərdə kariokinez bölünməni kəşf etdi, alman alimi Strasburq isə onun təsvirini vermişdir. 1878-ci ildə Peremenko və Flemining heyvan hüceyrəsində karioginezin mərhələlərini təsvir etdi. 1879-cu ildə Hertvic və Van Bendel hüceyrə mərkəzini, 1898-ci ildə Holci lövhəli kompleksi, Bende isə mitoxondriləri təsvir etdi. Əsrin sonunda epiteli hüceyrələrində tonofibrillər, əzələ hüceyrəsində mieofibrillər kəşf edildi. 1892-ci ildə ilk dəfə Strasburq protoplazma terminini sitoplazma və karioplazmaya ayırdı.

Histologiya (1950)

XIX əsrin sonunda və XX əsrin əvvəllərində Ramon və Kaxal sinir hüceyrələrinin liflərinin və uclarının qurluşunu öyrənmişlər. M. M. Jakubovski, M. D. Lavdovski, A. S. Dogel, A. J. Smirnov və başqa alimlər sinir sisteminin quruluşunu öyrənmişlər. Mecnikov və Maksimov birləşdirici toxuma hüceyrələrinin mənşəyini və funksiyasını öyrənmək üçün orqanizmə yad cisimlər yeritmək, Heldenhayn isə neytral boyalar yeritmək metodlarını təklif etmişlər. 1892-ci ildə Meçnikov özünün faqositoz nəzəriyyəsini irəli sürmüşdür. 1884-cü ildə Skvortsov toxuma kulturası hazırlamaq metoduna təklif etməklə hüceyrədə gedən həyatı proseslərin öyrənilməsi başladı. 1928–1931-ci ildə Ruska, Knoll və Barriye ilk elektron mikroskopu yaratdılar. 1945-ci ildə Parter, Klod, Fullmana bu mikroskopla sitoplazmada endoplazmatik toru kəşf etdilər. Şestroid və Polade sitoplazmada ribosomları kəşf etdilər .XVIII əsrin birinci rübündə I Pyotr Hollandiyaya səfərə çıxmış Antoni van Levenhukun ona bağışladığı mikroskopu Peterburq akademiyasına hədiyyə vermiş və onun təklifi ilə Peterburq akademiyasında ilk optik emalatxana yaradılmışdır. 1774-cü ildə Eyler axromatik obyektiv yaratmış, ilk rus mikrokopu isə Kulibin hazırlamışdır. 1784-cü ildə akdemik Elinus ilk dəfə axromatik mikroskopu yaratmışdır.

İlk müstəqil histoloji kafedralar XIX əsrin 60-cı illərində PeterburqMoskva Universitetlərində təşkil olunmuşdur. 1884-cü ildə Peterburq universitetində təşkil olunmuş histologiya kafedrasının müdiri akademik Ovsyannikov olmuş və ilkin histoloji tətqiqatlar onun adı ilə bağlıdır.

Histologiya fəninin tədrisi Ber və Yakobovikin adları ilə bağlıdır. 1866-cı ildə akademiyada müstəqil histologiya və embrologiya kafedrası yaradılmış, kafedraya əvvəl Zavarlgin sonra isə zavdovski rəhbərlik etmişlər. Laydovski ganglioz hüceyrələrin quruluşunu, travmadan sonra sinir liflərinin degenerasiya və regenerasiyasını öyrənmişdir. 1887-ci ildə Lavdovski və Ovsyannikov ilk histologiya kitabı nəşr etmişdir. Moskva universietində təşkil edilmiş, histologiya kafedrasına əvvəl A.K.Babuxin sonra isə İ.F. Oqnev rəhbərlik etmişdir. Bunlar əzələ, sinir toxumalarının histogenezini və fiziologiyasını öyrəmişlər. 1868-ci ildə Kiyev universitetində Peremesjkonun rəhbərliyi ilə müstəqil histologiya kafedrası yaradılmışdır. Bu kafedranın əməkdaşları göz, qaraciyər, dalaq, qalxanabənzər, böyrəküstü, mədəaltı vəzilərin, əzələ toxumasının, sümük iliyinin, qan damarlarının və s. orqanların histoloji quruluşunu öyrənmişlər. 1867-ci ildə Xarkovda, 1871-ci ildə Kazanda histologiya kafedraları yarandı. Kazan histoloqları sinir sisteminin filoqenezini və bir çox orqanlarda sinir uçlarının quruluşunu öyrənmişlər. Embriologiyanın inkişaf tarixi rus alimlərindən K. F. Volf, X. S. Panderin adı ilə bağlıdır. Volf cücədə rüşeym vərəqlərinin, ürək və böyrəklərin inkşafını, Pander isə rüşeym ox orqanlarının iki rüşeym vərəqindən sonra üçüncü vərəqin əmələ gəldiyini müşahidə etmişdir. Ber məməlilərdə rüşeym vərəqlərindən müxtəlif orqanların əmələ gəldiyini öyrənmişdir. Meçnikov və Kovalevski onurğasız heyvanlarda və aşağı sinif onurğalılarda rüşeymin inkişafını, rüşeym vərəqlərinin yaranmasını, diferensasiyasını öyrənmişdir. Azərbaycanda ilk histologiya kafedrası 1919-cu ildə Bakıda universitetin tibb fakültəsinin nəzdində yaranmışdır. Kafedraya iki il rəhbərlik etmiş Milman karioginezin neyrogen nəzəriyyəsini, böyümə, qocalma və ölümün trofik nəzəriyyəsini irəli sürmüşdür. Rus histologi B.İ. Lavrentyev orqan və toxumaların innervasiyasını öyrənmək üçün deinervasiya üsulu tətbiq etməklə vegetativ sinir sisteminin histofiziologiyasını, neyronlar arası sinapsları və müxtəlif reseptorları öyrənməklə neyrofiziologiyanın əsasını qoymuşdur. B.Q. Klliseyev müxtəlif orqanların birləşdirici toxumalarının histofiziologiyasını, onların sinir və endokrin amillərin təsiri altında dəyişilrilməsini öyrənmişlər. A. A. Zavarzin müxtəlif toxumaların filogenetik inkişaf qanunlarını öyrənməklə təkamül histologiyasının əsasını qoymuşdur. Bu alim toxumaların təsnifatında funksional və struktur prinsipləri əsas götürmüşdür. İ. G. Xlopin toxumaların divergent təkamülü nəzəriyyəsini öyrənərək toxumaların, orqanın inkişafı ilə əlaqədar təkamül prosesində və ontogenezdə, divergent istiqamətdə getdiyini göstərmişdir. Bu alim epiteli, damar və endotel üzərində histoloji tədqiqatlar aparmışdır. Sitologiya, hitofiziologiya və sitokimyanın inkişafında D. N. Nasorov, A. V. Rumyansev, Q. K. Ruskin və A. N. Şabadaş geniş tədqiqatlar apararaq paranekroz nəzəriyyəsini irəli sürmüşdür.


Previous Page Next Page