Könüllü köməkçilər Hiwi | |
---|---|
Hilfswilliger | |
| |
Növü | hitlerçi qüvvələr ilə əməkdaşlıq edən könüllü sovet qrupları |
Yaranma tarixi | 1941 |
Ləğvolma tarixi | 1944 |
Fəaliyyət göstərdiyi yer | Nasist Almaniyası |
Üzvləri | 600.000 (1944) |
Hivi (alm. Hilfswilliger; azərb. könüllü köməkçi sözünün abreviaturası) — İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqını işğal etməyə çalışan nasistlərin hitlerçi qüvvələr ilə əməkdaşlıq edən sovet qruplarını izah edən termin. Daha sonra işğal altındakı Şərqi Avropa bölgələrindəki yerli xalqlar üçün də istifadə edildi. Adolf Hitler istəksizcə sovet vətəndaşlarının Nasist Almaniyasının işğal edilmiş arxa bölgələrində işlədilməsinə icazə vermək qərarına gəlmişdir. Onların bir çoxu qısa müddətdən sonra hərbi hissələrə köçürüldü.
Onlar Sovet hərbi əsirlərinə qarşı nasistlərin törətdikləri cinayətlərin bir hissəsi olaraq bir çox insanın ölümünə görə məsuliyyət daşıyırdılar cavabdeh idilər.