Yerin geoloji tarixinin bir hissəsi | |
Holosen | |
---|---|
Geoxronoloji məlumatlar | |
Eon | Fanerozoy |
Era | Kaynozoy |
Dövr | Dördüncü |
İqlim[1] | |
Oksigen səviyyəsi | 20,95% |
CO2 səviyyəsi | 0,0415% |
Orta temperatur | 14 °C |
Holosen – geoloji epoxalardan biridir. Pleystosendən sonra gəlir və təxminən 11.7 min il əvvəldən bu günə qədər olan dövrü əhatə edir[2]. "Resent" (adətən böyük hərflə) termini tez-tez "Holosen" terminin dəqiq sinonimi kimi istifadə olunurdu, baxmayaraq ki, bu cür istifadə 21-ci əsrdə işlənmir[3]. Holosen Dördüncü dövrün bir hissəsidir. Onun adı yunan dilindəki ὅλος (holos, tam və ya bütöv) və καινός (kainos, yeni) sözlərindən götürülüb, mənası "ən yeni" deməkdir[4]. O hazırkı mülayim dövr ilə müəyyən olunmuşdur (Dəniz İzotopları mərhələsi kimi tanınır).
Holosen həmçinin insanın artımını və Yerdəki növlərə təsirini, o cümlədən əsas sivilizasiyaların inkişaf tarixini əhatə edir.
<ref>
teqi; :0
adlı istinad üçün mətn göstərilməyib