Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Jelatin

Jelatin

Jelatin (fr. gelatine, lat. gelātus "dondurulmuş") — Jelatin qida, eləcə də, qeyri-ərzaq sənayesində geniş tətbiq olunan, toksik olmayan və bioloji parçalana bilən xüsusiyyətlərə malik, heyvanların birləşdirici toxumalarından alınan makromolekulyar birləşmədir. Ayrı-ayrı spiral zəncirlərin ümumi molekulyar ox ətrafında spiralvari şəkildə bağlandığı üç zəncirli quruluşa malik ağ və ya sarımtıl, şəffaf, parıltılı bərk maddədir. Jelatin kollagenin dönməz şəkildə hidrolizə edilmiş formasıdır, burada hidroliz protein liflərini daha kiçik peptidlərə azaldır; denaturasiyanın fiziki və kimyəvi üsullarından asılı olaraq, peptidlərin molekulyar çəkisi geniş diapazona düşür.

Jelatin kövrəkdir, təbəqə, lopa və ya toz şəklində ola bilir. İsti su, qliserinsirkə turşusu kimi polyar həlledicilərdə həll olur, lakin spirt kimi üzvi həlledicilərdə həll olma başş vermir. Jelatin suda çəkisinin 5-10 qatını uda bilir və bu zaman gel əmələ gətirir. Jelatinin əmələ gətirdiyi gel yenidən qızdırılmaqla əridilə bilər və gərginlik altında artan özlülüyünə malikdir. Jelatin-su qarışığının özlülüyü jelatinin konsentrasiyası yüksək olduqda və qarışıq təxminən 4 °C (39 °F) temperaturda sərin saxlanıldıqda ən yüksək həddinə çatır.

Jelatinlər alındığı mənbədən asılı olaraq müxtəlif ərimə nöqtələrinə və gel əmələgətirmə temperaturlarına malikdir. Məsələn, balıqdan alınan jelatinin ərimə və gel əmələgətirmə nöqtəsi mal əti və ya donuz ətindən alınan jelatindən daha aşağıdır.


Previous Page Next Page






جيلاتين Arabic Xelatina AST Жэлацін BE Желатин Bulgarian জেলাটিন Bengali/Bangla Želatin BS Gelatina Catalan Želatina Czech Желатин CV Gelatin CY

Responsive image

Responsive image