Kalibrasiya

Kalibrasiya (psixologiyada) — Göz hərəkətləri və bədən dili sizə təmsil sistemləri ilə bağlı ümumi bir baxış yaradır.

Kalibrasiya texnikası isə, fərqli məlumatları tanımağınızı və tətbiq etməyinizi təmin edər. Hər insan üçün xüsusidir, yeganədir. İş və ya şəxsi həyatınızda bunu faydalı bir şəkildə istifadə edə bilərsiniz. Bir insanın fərdi və ətraflı ipuclarını daha çox tanıdıqca, onun davranış qəliblərini və fərqli hallarını də tanımağa başlayarsınız. O insanın yalnız sözlərini deyil, sizdə buraxdığı təsirləri də qiymətləndirə bilərsiniz.

Əlaqələrinizdə və ünsiyyətlərinizdə dəyərləndirməyiniz lazım olan bir çox ipucu var. Bu ipuclarından bəziləri şüuraltından gəlir və siz bu ipuclarını qiymətləndirərək bir insanın bir şeyi söyləyəcəyini ya da bir şeyi edəcəyini əvvəldən bilə bilərsiniz.

İnsanların nəfəs alıb vermələrinə, əzələlərinin gərgin olub olmadığına, üzlərinin rənginə baxaraq məlumat əldə edə biləcəyinizi unutmayın və bunu yoxlayın.

Sözlərimizlə, səs tonumuzla və bədən dilimizlə çox zaman fərqinə belə varmadan başqalarının "ruh hallarına" təsir edərik. Xaricdən xəbərdarlıq alsaq da "Mən bir şey etmədim ki!" deyirik ya da önəmsəmirik. Halbuki ki, əgər başqalarına bir şey "öyrətmək" istəyirsinizsə, onları önəmsəməyiniz lazımdır. Məsuliyyət şüuruna sahib olmağınız və bunu tətbiq etməyiniz lazımdır.

Başqalarının ruh hallarını doğru olaraq anlaya bilmə bacarığına NLP terminologiyasında "Kalibrasiya" deyilir!

Kalibrasiya dəyişiklikləri müşahidə edə bilmə qabiliyyətidir. Hamımız gündəlik həyatımızda kalibrasiyadan istifadə edirik. Xüsusilə də, yaxın münasibətdə olduğumuz insanlardakı ən kiçik mimik dəyişməsini belə tuta bilirik. Sevdiyimiz insanın dodağının yüngül qaçmasının, qaşının yüngülcə yuxarı qalxmasının nə anlama gəldiyini bilirik, elə deyil? Onun gülümsəyən üzünün arxasındakı kiçik bir narahatlığı belə hiss edərik.Yeni tanış olduğumuz insanların düşüncə və duyğu dəyişikliklərini də eyni həssaslıqla qavramağımız mümkündür. Bunun üçün də kalibrasiya qabiliyyətimizi inkişaf etdirməyə ehtiyacımız var.

Bəzən kalibrasiyamız elə zəif olur ki, biri ağlamağa başlayana qədər onun kədərli olduğunu görə bilmirik. Öz gözlərimizi və qulaqlarımızı istifadə etmək yerinə, bizə söyləmələrini gözləyirik. Birinin əsəbi olduğunu anlamaq üçün sırf bağırması lazım deyil. Amma qaşlarının çatıq olması da avtomatik olaraq insanın əsəbi olduğu mənasını verməz. Bəzi insanlar düşünərkən də qaşlarını çatar. Bu səbəbdən, qarşımızdakı insanı bir müddət müşahidə etdikdən sonra qaşının çatılmasının nə anlama gəldiyinə qərar verməkdə fayda vardır.

İnsanların sevdikləri birini, mövzunu ya da hadisə ilə bağlı bir şeyi izah etmələrini ya da dinləmələrini müşahidə edin. Səs tonunda, dəri rəngində, dodaq şəklində və üz əzələlərində olan dəyişiklikləri izləyin. Oxşar təcrübəni bir də sevmədiyi birini, mövzu ya da hadisə ilə əlaqədar bir şeyi izah edərkən ya da dinlərkən edin. Heç bəlli etməyən insanlarda belə diqqətli gözlər dəyişiklikləri tuta bilər. Peşəkar poker oyunçuları bir kalibrasiya ustasıdır. Ən kiçik bir dəri rəngi dəyişməsindən, dodaq şəklinin və üz əzələlərinin dəyişməsindən rəqib oyunçunun əlinin necə olduğu, nə etmək istədiyi ilə bağlı zehnini oxuyarlar. Kalibrasiyası inkişaf etmiş bir satıcı müştərinin maraqlanmadığı bir məhsulu ona sata bilmək üçün boşuna dil tökməyi davam etdirməz. Usta satıcılar alıcını gözündən tanıyır.

Hamımız qarşımızdakı insanın bizdən xoşlanıb xoşlanmadığını bir şəkildə hiss edərik. Əslində, bu hiss qeyri-şüuri etdiyimiz kalibrasiyadır. Kiçik dəyişiklikləri sezə bilmək ünsiyyətdə əhəmiyyətlidir. Nəticədə, ünsiyyətin yalnız 7%-ni sözlərlə həyata keçiririk. Geri qalan 93%-i kimi yüksək bir nisbətini isə bədən dili və səs tonuyla qururuq. Bədən dilinin nisbəti 55-60% arasında dəyişir. Səs tonu isə, ünsiyyətin 33%-ni təşkil edir. Buna görə nə söylədiyimizdən çox necə söylədiyimiz əhəmiyyətlidir.

Kalibrasiyamız zəifdirsə, söylədiklərimizi səbirlə dinləyən insanın bizə nəzakətindən dözdüyünü anlaya bilmərik. İzah etdiklərimizlə maraqlandığını düşünərik.

Heç şübhəsiz ki, düşüncə və duyğu dəyişiklikləri üzdə və nəfəs alış verişində də öz əksini tapır. Kalibrasiya qabiliyyəti güclü olan biri hətta, soyuqqanlı və məsafəli birində də dəyişiklikləri sezə bilər. Əhəmiyyətli olan dəyişiklikləri tuta bilməkdir. Dəyişiklik duyğuların dəyişdiyini göstərir.

Bunun üçün, səsini tamamilə azaldaraq televiziya izləmə praktikası edə bilərsiniz. Hətta yoldaşınızla, uşaqlarınızla və ya bir dostunuzla kalibrasiya qabiliyyətinizi inkişaf etdirə bilərsiniz. Parkda ya da kafedə oturub insanları diqqətlə izləmək də zövqlüdür. Nəticədə, hər insandan öyrənə biləcəyimiz bir çox şey var.

Kalibrasiya sözlərin arxasındakı həqiqəti görmək və hiss edə bilməkdir.

Deyilənləri deyil, deyilməyənləri də eşidə bilməkdir.

Söz aralarını oxuya bilməkdir.

Düşüncələrin məzmununu deyil, düşüncələrə yoldaşlıq edən duyğuları hiss edə bilməkdir.[1]

  1. "cazibe.info". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-12.

Kalibrasiya

Dodaje.pl - Ogłoszenia lokalne