Kalium

19 arqonkaliumkalsium
Na

K

Rb
Ümumi
Ad, İşarə, Nömrə kalium, K, 19
Qrup, Dövr, Blok 1, 4, s
Xarici görünüşü
Atom kütləsi 39.0983 q/mol
Elektron formulu [Ar] 4s1
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 63.38 °C
(336.53 K, 146.08 °F)
Qaynama temperaturu 759 °C
(1032 K, 1398 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1


Kalium (K) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 19-cu element.

Kalium (K) – toxumalardakı suyun miqdarını nizama salır və ürəyin işini yaxşılaşdırır. Toxumalarda kaliumun mübadiləsi son dərəcə sürətlə gedir. Bitki mənşəli məhsulların külündə kaliumun miqdarı bəzən 50%-dən çox olur. Ərzaq məhsullarında kaliumun miqdarı mq%-lə belədir: çovdar çörəyi – 227; buğda çörəyi – 208; lobya – 1144; kartof – 429; yerkökü – 284; kələm – 247; ərik qurusu – 1780; mal əti – 338; yumurta – 140; balıq – 162; inək südü – 143; pendir – 89; alma – 248.[1] xiyar- pomidorda—yoxdur-bəzən-2 götürülür.

Kalium çox aktiv elemen olduğuna görə metallurgiyada istifadə olunmur, lakin onun nitrat duzu (selitra) əsrlərlə barıtın hazırlanmasında istifadə olunub, kalium karbonat (potaş) sabun istehsalında, alüminium-kalium sulfat xəmir hazırlanmasında, kalium hidrosulfit çaxırlara fermentasiya prosesinin qarşısını almaq üçün əlavə edilir, kalium benzoat isə konservant kimi istifadə edilir. Kalium bütün gübrələrin tərkibinə daxildir, bu səbəbdən onun filizinin illik hasilatı 35mln ton təşkil edir. Kalium hasilinin əsas bənbəyi silvin (kalium xlorid) mineralıdır. Kalium yuyucu vasitələrin, şüşənin, farmasevtik preparatların istehsalında istifadə olunur. İldə bu elementdən iki yüz ton istehsal olunur və onun çox hissəsi nadperoksidə çevrilir. Nadperoksid sualtı gəmilərdə, kosmik gəmilərində oksigen regeneratoru kimi tətbiq olunur. Kalium canlı orqanizmlərdə gedən bioloji proseslərin mühüm hissəsini təşkil edir və sinir sisteminin fəaliyyətində mühüm rol oynayır.

  1. Musayev N. Х. "Ərzaq malları əmtəəşünaslığının nəzəri əsasları". Dərslik. Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2003 – 368 səh.

Kalium

Dodaje.pl - Ogłoszenia lokalne