Karisimbi | |
---|---|
Ikirunga cya Karisimbi | |
![]() | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Virunqa dağları |
Vulkan forması | Stratovulkan |
Əmələgəlmə dövrü | Holosen |
Son püskürmə | e.ə. 8050-ci il |
Mütləq hündürlüyü | 4507[1] |
Yerləşməsi | |
1°30′ c. e. 29°27′ ş. u.HGYO | |
Ölkə |
![]() |
|
|
![]() |
Karisimbi — Virunqa dağlarının vulkanik zəncirinə aid və Ruandanın ən yüksək nöqtəsi sayılan yatmış vulkan. Hündürlüyü 4507 m və bununla da Böyük Rift Dərəsinin bir hissəsi olan 8 dağdan ibarət dağ silsiləsinin ən yüksəyidir.
Karisimbi adı Ruanda dilindən "amasimbi" sözündən əmələ gəlib və mənası qar deməkdir. Vulkanının zirvəsində qarı əsasən quru mövsümü ərzində, iyun, iyul və avqust aylarında görmək olar.
Karisimbi və Bisoke dağları arasında, yalnız bu ərazidə yaşayan dağ qorillalarını canlı izləmək məqsədilə Dayan Fossi tərəfindən əsası qoyulmuş Karisoke araşdırmalar mərkəzi yerləşir.