Yerin geoloji tarixinin bir hissəsi | |
Katarxey | |
---|---|
Geoxronoloji məlumatlar | |
Supereon | Kembridən əvvəl |
İqlim[1] | |
Oksigen səviyyəsi | 0 % |
Orta temperatur | 100°C-dən aşağı (Eonun axırına) |
Arxey → |
Katarxey və ya Katarxey eonu — təxminən 4.6 milyard il əvvəl Yerin yaranması ilə başlamış, Yer tarixinin 4 eonundan ilki.[2] 2016-a qədər Beynəlxalq Stratiqrafiya Komissiyası (ing. International Commission on Stratigraphy və ya ICS) bu statusu qeyri-rəsmi olaraq xarakterizə etmişdir.[3] Bu termini ilk əvvəl 1972-ci ildə geoloq Preston Klod Yerdəki ən qədim qayalara qədərki dövrü adlandırmaq üçün işlətdi.[4][5] Daha sonra Brian Harland bu dövrü adlandırmaq üçün "Priskon dövrü" (lat. priscus-qədim) ifadəsini təklif etdi.[6] Digər köhnə mənbələrdə bu eon Pre-arxey (arxeydən əvvəl) olaraq adlandırılıb.